Aİ Ukraynaya nə qədər pul xərcləyib? - Şarl Mişel açıqladı
Bizi izləyin

Avropa

Aİ Ukraynaya nə qədər pul xərcləyib? - Şarl Mişel açıqladı

“Avropa İttifaqının (Aİ) Ukraynaya yardım xərcləri 143 milyard avro təşkil edib”.

Publika.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib.

“Gəlin açıq danışaq. Avropanın Ukraynaya yardımı 143 milyard avro olub”, - deyəMişel “X”də yazıb.

O, bununla da ABŞ-nin keçmiş prezidenti Donald Trampın Aİ-nin Ukraynaya ABŞ-dən 100 milyard dollar az xərcləməsi ilə bağlı tənqidinə cavab verib.

Qeyd edək ki, Aİ ölkələrindən silah tədarükü 33 milyard avro olaraq qiymətləndirilir, 93 milyard avro isə Aİ və üzv ölkələrin Ukraynaya maliyyə, büdcə və humanitar yardımıdır.

Xatırladaq ki, Tramp “Truth” sosial şəbəkəsində Avropa ölkələrini Ukraynaya ABŞ tərəfindən göstəriləndən az olmayan yardım göstərməyə çağırmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm