Sosial
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
İpotekaya xitam verilən hallar genişlənib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İpoteka haqqında” Qanuna dəyişiklikdə öz əksini tapıb. Qanuna əsasən, ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək.
Bu qanuna dəyişikliyə qədər isə ipotekaya aşağıdakı hallarda xitam verilirdi: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda, ipoteka predmeti məhv olduqda, bu Qanunla nəzərdə tutulmuş digər hallarda.
Bu Qanunda nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır.
İpoteka haqqında qanuna dəyişiklik vətəndaşlar üçün nəyi dəyişəcək? Bu dəyişikliyə qədər hansı problemlər özünü göstərirdi? Yeni qanunun qüvvəyə minməsi ilə müsbətə doğru nə dəyişəcək?
Publika.az xəbər verir ki, məsələ ilə bağlı Medianews.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, yeni qaydalar insanlar üçün daha sərfəli olacaq.
Onun sözlərinə görə, vətəndaş artıq bankla razılaşdıqda bu öhdəliyi digər şəxsə ötürə biləcək: “Bununla artıq problemli kreditlərin qarşısı alınacaq. Eyni zamanda qarşılıqlı razılaşmaya əsasən həmin ipotekaya xitam verilməsi mümkün ola biləcək. Məbləği ödəyə bilməyən insanların krediti problemli kreditə çevrilməyəcək. Çünki vətəndaş öhdəliyi bir başqasına ötürə biləcək”.
Ekspert qeyd edib ki, ipoteka qaydaları müxtəlif formada olur: “İllik səkkiz faizlik, həmçinin güzəştli illik dörd faizlik və bank yaxud şirkətdaxili ipotekalar mövcuddur. Dörd faizlik güzəştli ipotekalar illik faiz göstəricilərinə görə daha sərfəlidir. Səkkiz faizlik isə ondan nisbətən daha çoxdur. Bunların hər ikisi əlçatan deyil. Belə qaydalarla müraciət edən, əmlak almaq istəyən insanların sayı yetəri qədər olsa da tələb olunan qaydalar və tələblər çox sərt olduğundan hər kəsə şamil oluna bilmir. Lakin bank və şirkətdaxili ipotekalarda faiz dərəcələri çox olduğu üçün hər kəs üçün əlçatandır. Bunların digərlərindən fərqi odur ki, kreditlə ipotekaları satmaq daha rahatdır. Əmlak alan vətəndaş öz evinə başqa müştəri tapırsa, onu satarkən kredit də həmin şəxsin adına keçir. Lakin İpoteka Fondunun daxilində olan evləri sata bilmək üçün mütləq şəkildə həmin borc bağlanmalıdır. İpotekaya xitam verilməsi iki halda baş verirdi. Birincisi, borc bağlananda, ikincisi, vətəndaş krediti ödəyə bilməyəndə. Ona müəyyən zaman kəsiyində xəbərdarlıqlar edilir, daha sonra bankın səlahiyyəti çatır ki, həmin əmlakı hərrac vasitəsilə başqa şəxsə satıb borcunu geri götürsün”.
-
Qoroskop00:40
Günün qoroskopu: gözlənilməz hadisələr baş verəcək
-
Elm və təhsil00:25
Müəllimlərə xüsusi kartlar verilir: güzəştlər ediləcək
-
Nida Xəbər 4 Noyabr 23:05
Pezeşkian COP29-da iştirak etmək üçün Azərbaycana gələcək
-
İdman4 Noyabr 21:49
Premyer Liqa klubu Konor Makqreqoru ələ saldı - FOTO
-
Magazin14 Noyabr 20:50
Dilarə: "O klipi Bakıda çəksək, biabırçılıq olardı" - VİDEO
-
Nəqliyyat4 Noyabr 19:20
Hazırda 18 küçədə tıxac var - SİYAHI
-
Dünya4 Noyabr 19:10
Vəzifəli şəxsin porno videoları yayıldı: partnyorları arasında nazir arvadları da var
-
Ekologiya4 Noyabr 18:25
Külək güclənəcək - Narıncı XƏBƏRDARLIQ