Dəhşətli müharibə yaxınlaşır: ABŞ Rusiyaya savaş elan etdi
Bizi izləyin

Avropa

Dəhşətli müharibə yaxınlaşır: ABŞ Rusiyaya savaş elan etdi

ABŞ Konqresi Rusiyaya müharibə elan etdi, bu, çox pisdir.

Publika.az xəbər verir ki, bunu Slovakiya parlamentinin vitse-spikeri Lubos Blaxa deyib.

“ABŞ Konqresi Ukrayna, İsrail və Tayvan üçün milyardları təsdiqləyib. Rusiya, Fələstin və Çinə qarşı müharibə üçün milyardlar”, - o, xatırladıb.

“Amerikanın hərbi yardımı yalnız bir şey deməkdir - amerikalılar Rusiya ərazisinə hücum edir. Və bu, nüvə müharibəsindən bir millimetr uzaqlıqdadır. İsrail Fələstin xalqını məhv edir. ABŞ isə bu məqsədlər üçün onlara milyardlarla dollar göndərir. Sanki birbaşa soyqırımda iştirak etmək istəyirlər. Tayvan üçün milyardlar, getdikcə daha güclü olan Çinə qarşı milyardlardır. Çin bunu bilir. Rusiya, Çin və dünyanın qalan hissəsi arasında müttəfiqlik möhkəmlənəcək”, - siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, Amerika dəhşətli səhvə yol verir: “Konqresin etdiklərindən sonra heç kim ABŞ-ın Rusiyaya müharibə elan etdiyinə şübhə edə bilməz. Biz isə dünyaya həqiqəti deməliyik - biz ABŞ-ın Rusiyaya qarşı müharibəsini rədd edirik. ABŞ-ın Çinə müharibə elan etdiyinə heç kim şübhə edə bilməz. Dəhşətli müharibə yaxınlaşır və Qərbin sülhün qarantı olması ilə bağlı hələ də kimsə yanılırmı? Xeyr, bu, müharibənin qarantiyasıdır”.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm