“TikTok” Avropa İttifaqında bloklana bilər
Bizi izləyin

Avropa

“TikTok” Avropa İttifaqında bloklana bilər

“TikTok” sosial şəbəkəsi Avropa İttifaqında bloklana bilər.

Publika.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib.

O, bunun istisna olmadığını bildirib.

Leyen xatırladıb ki, Avropa Komissiyası öz işçilərinə iş telefonlarına “TikTok” quraşdırmağı qadağan edən dünyada ilk təşkilat olub.

Xatırladaq ki, ötən həftə AK-nın xəbərdarlığından sonra “TikTok” istifadəçilərin “bəyənmə” funksiyasını dayandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm