Qoroskop
Sabah ilin ən şanslı günüdür - Bu bürclərin bütün arzuları reallaşacaq
Bəzi astroloqlar 18 may tarixini bu ilin ən şanslı günü elan ediblər. Astroloji səhifələrdəki paylaşımlara görə, bu tarixdə Yupiter və Günəş qovuşur. İlin ən güclü şans və karma günü elə həmin gün hesab edilir. İldə bir dəfə olan ilahi bir qovuşumdur, bu tarixdə dualar qəbul olar. 18 mayın şanslı bürcləri Buğa, Əqrəb, Oğlaq və Qızdır.
Tədqiqatçı-jurnalist, avestaşünas, astroloq Səbuhi Rəhimli Publika.az-a bildirib ki, əslində, bu, doğru yanaşma deyil:
“Ağızdan-ağıza keçən ifadələrin quruluşunda yanlışlıq var. Yupiter digər klassik planetlər kimi Günəşin ətrafında dövr edir. Sadəcə mayın 20-si Günəş, 25-i Yupiter Əkizlər bürcünə daxil olacaq. 18 may tarixində hər iki göy cismi bir-birinə ənənəvi trayektoriyadan daha yaxın olacaq. Günəş enerji, liderlik, Yupiter isə maliyyə və xoşbəxtlik kimi yozulduğu üçün şans qənaətinə gəlinir.

Amma 18 mayın bu ilin ən şanslı günü kimi xarakterizə olunması doğru deyil. Mümkün deyil ki, hansısa gün hamı üçün şanslı və ya şanssız olsun. Astrologiya mistika deyil. Belə kosmik konfiqurasiyanın dərəcə və Zodiak mənzillərinə əsasən təhlilləri var. O təhlillərin mahiyyətini dərk etsək, günün uğurunu özümüzə cəlb edə bilərik”.
Aysel Şahmar
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı










.jpg)

























