Şoltsdan Ukrayna ilə bağlı sensasion iddia: Hazır olmalıyıq
Bizi izləyin

Avropa

Şoltsdan Ukrayna ilə bağlı sensasion iddia: Hazır olmalıyıq

Almaniya kansleri Olaf Şolts bildirib ki, Avropa İttifaqı Ukraynada gözləniləndən daha uzun münaqişəyə hazır olmalıdır.

Publika.az xəbər verir ki, bu barədə Almaniyanın “Tagesschau” nəşri yazıb.

“Hər kəsə aydındır ki, biz bu münaqişənin “gözlədiyimizdən daha uzun sürəcəyinə” hazır olmalıyıq”, - Şolts bildirib.

Həmçinin, qəzet xəbər verir ki, kansler Aİ ölkələrini Ukraynaya daha çox “Patriot” hava hücumundan müdafiə sistemləri verməyə çağırıb.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin hələ də kifayət qədər hava hücumundan müdafiəyə malik olmadığını bəyan edib və Qərb tərəfdaşlarından onu gücləndirməyi xahiş edib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm