Slavomir Mentzen qanunsuz miqrantları güllələməklə HƏDƏLƏDİ
Bizi izləyin

Avropa

Slavomir Mentzen qanunsuz miqrantları güllələməklə HƏDƏLƏDİ

Polşa prezidenti postuna iddialılardan biri, Polşa Seyminin üzvü və Yeni Ümid Partiyasının sədri Slavomir Mentzen sərhəddə qanunsuz miqrantlara atəş açmağa icazə verəcəyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Əgər kimsə Polşa dövlətinin sərhədini qanunsuz keçməyə cəhd edərsə, atəş açmaq lazımdır", - Mentzen deyib.

O əlavə edib ki, dövlət başçısı vəzifəsinə seçiləcəyi təqdirdə Polşada və bütövlükdə Avropada yayılmış solçu ideologiyaya qarşı çıxacaq.

Mentzen həmçinin bildirib ki, o, digər Polşa liderlərindən fərqli olaraq fəal və müstəqil prezident olacaq.

Qeyd olunur ki, hazırda Mentzen hələ təyin olunmayan, lakin gələn il keçirilməli olan seçkilərin yeganə iştirakçısıdır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm