Ağdərədən ACI XƏBƏR: ölən və yaralananlar var - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Ağdərədən ACI XƏBƏR: ölən və yaralananlar var - YENİLƏNDİ

14 sentyabr 2024-cü il tarixində saat 13:00 radələrində Ağdərə rayonu, Çardaqlı kəndində açıq ərazidə baş vermiş yanğının söndürülməsinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 1 ədəd “Kamaz” markalı yanğınsöndürmə avtomobili qəza edib.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan yanğınsöndürən - 1983-cü il təvəllüdlü Allahverdiyev Elsevər Qəşəm oğlu həyatını itirib, 4 nəfər yanğınsöndürən isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan yanğınsöndürənlər müvafiq tibbi yardımın göstərilməsi məqsədilə təcili olaraq Nazirliyin Aviasiya dəstəsinin helikopteri ilə həkimlərin müşayiəti altında Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə təxliyə olunublar.

xxx

19:24

Ağdərədə ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə Ağdərə-Tərtər avtomobil yolunda qeydə alınıb.

Nəqliyyat vasitəsinin aşması nəticəsində 1 nəfər həlak olub.

Qəza nəticəsində 1983-cü il təvəllüdlü Gədəbəy rayon sakini Allahverdiyev Elsevər Qəşəm oğlu həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm