Şoyqu Putinin həmin mesajını Pezeşkiana ÇATDIRDI: "Azərbaycanla..."
Bizi izləyin

Region

Şoyqu Putinin həmin mesajını Pezeşkiana ÇATDIRDI: "Azərbaycanla..."

Tehrana səfəri çərçivəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İran Prezidenti Məsud Pezeşkian ilə görüşüb.

Publika.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Agentlik yazır ki, görüş zamanı Şoyqu rusiyalı həmkarı Vladimir Putinin mesajını Pezeşkiana çatdırıb.

Tehranda danışıqlar zamanı Şoyqu daha əvvəl Sankt-Peterburqda əldə olunmuş ikitərəfli razılaşmaların icrasını qiymətləndirib.

"Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, Rusiya İranın Azərbaycanla ticarət marşrutları və dəhlizləri ilə bağlı siyasətini dəstəkləyir", - İran agentliyinin yaydığı məlumatda qeyd edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm