Region
Ermənistanın ədliyyə naziri: Proses başlayıb, Konstitusiya mütləq dəyişməlidir
Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan yeni Konstitusiyanın hazırlanmasının zəruriliyini bəyan edib.
Publika.az xəbər verir ki, Qalyan bu barədə yanvarın 14-də keçirdiyi mətbuat konfransında deyib.
“Dəfələrlə qeyd etdiyim kimi, bizim vəzifəmiz seçkilərə qədər yeni Konstitusiyanın mətnini hazırlamaqdır və bizim işimiz bu istiqamətdə aparılmalıdır”, - nazir bildirib.
Xatırladaq ki, ekspertlərin fikrincə, səbəblərdən biri Bakının tələbidir.
Yeni Konstitusiyaya “zərurət”in digər ölkələrin bəyanatları ilə əlaqəsi ilə bağlı sualı cavablandıran nazir bu fərziyyəni yersiz adlandırıb. Onun sözlərinə görə, yeni Konstitusiya məsələsi “məxməri inqilab”dan dərhal sonra gündəmə gətirilib, hətta konsepsiya yaradılıb, lakin iş məntiqi nəticəyə gətirib çıxarmayıb.
“Yeni nazir kimi hesab edirəm ki, xalqın bəyənib və ya bəyənmədiyi yeni Konstitusiya layihəsini hazırlamaq lazımdır”, - deyə Qalyan xatırladıb. Nazir hesab edir ki, hazırkı Konstitusiya sosial əhəmiyyətli məsələlərə cavab vermir və heç də xarici siyasətlə bağlı deyil.
Eyni zamanda, nazir vurğulayıb ki, sülh prosesi ilə bağlı Konstitusiyaya dəyişikliyə ehtiyac yoxdur.
“Konstitusiyanın hazırkı mətni sülh prosesinə mane olmur. Bunu Konstitusiya Məhkəməsi də bəyan edib. Mövqe aydındır. Buna görə Konstitusiyanın dəyişdirilməsinə ehtiyac yoxdur”, - Qalyan bildirib.
Tural
-
Milyonçu16:55Qazaxıstanlı cütlük kazinodan 1,18 milyon dollar uddu, həbsə atıldılar
-
Ekologiya16:19Qar yağacaq - XƏBƏRDARLIQ
-
Nida Xəbər 16:08Bu rayonun icra hakimiyyəti başçısının müavini işdən azad olundu
-
MDB15:20Rusiyanın ən yaxşı Şaxta babası idi, Yeni ilə az qalmış vəfat etdi
-
Hadisə15:00Azərbaycanlı deputatın bibisi həbs edildi
-
Sosial14:30Əbülfəs Qarayevin illərlə gizlədilən biznes şəbəkəsi - SİYAHI
-
MDB13:40Bu teatrın direktoru bıçaqlandı
-
Hadisə13:20Dəhşətli avtoqəza 6 can aldı




























.jpg)






.jpg)



