Avropa
Melonidən sərt mesaj: onu prezident kimi tanıdığını açıqladı
İtaliyanın baş naziri Corca Meloni Venesueladakı müxalifət koalisiyasının namizədi Edmundo Qonzalesi ölkənin seçilmiş prezidenti kimi tanıdığını açıqlayıb.
Publika.az xəbər verir ki, paytaxt Buenos Ayresdə Argentina prezidenti Xavier Milei ilə görüşən Meloni venesuelalı müxalifət lideri Qonzalesi ölkənin qanuni dövlət başçısı olaraq gördüklərini bildirib.
Meloni Venesuelada demokratik və sülh yolu ilə keçid üçün Avropa İttifaqı (Aİ) ilə birlikdə çalışacaqlarını və xalqın seçdiyi prezident Qonzalesi dəstəkləyəcəklərini bildirib.
O, Venesuela prezidenti Nikolas Maduronun seçki zəfərini tanımayacaqlarını deyib: “Biz onlarla etirazçının ölümünə səbəb olan rejimin təzyiqini, minlərlə siyasi müxalifin özbaşına saxlanmasını və siyasi müxaliflərin sürgün edilməsini pisləməyə davam edəcəyik. Venesueladakı böhran təkcə bu ölkə üçün deyil, həm də Argentina və İtaliya üçün vacib məsələdir”.
Qeyd edək ki, Milli Seçki Şurasının iyulun 29-da açıqladığı nəticələrə görə, Nikolas Maduro 51,20 faiz səslə üçüncü dəfə prezident seçkilərində qalib gəlib. Müxalifət koalisiyasının namizədi Edmundo Qonzales və müxalifət lideri Maria Korina Maçado seçkilərin nəticələrini rədd ediblər. Barəsində həbs qərarı çıxarıldıqdan sonra Qonzales sentyabrın 8-də həyat yoldaşı ilə birlikdə İspaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Karakasdan Madridə gedib.
Aysel Şahmar
-
Dünya12:20Bu ölkələr hərəkətə keçdi: Rusiya ilə müharibə başlayır?
-
Magazin112:11Xalq artisti reanimasiyaya yerləşdirildi - FOTO
-
MDB11:32Ukraynanın bir günlük müharibə xərci açıqlandı - DƏHŞƏT SAÇAN RƏQƏM
-
İdman10:14Messi həyat yoldaşı ölən xanım jurnalistə nə təklif edibmiş? - Hər şeyi yazdı
-
Yaxın Şərq09:44ABŞ-ın səsdən sürətli təyyarəsi İran sərhədində dövrə vurur - Nə baş verir?
-
MDB09:14Ukrayna Soçini vurur - Neft anbarı yanır
-
Sosial08:12Bakı və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
Sağlamlıq08:00Həkim ömrü uzadan qidalardan danışdı





































.jpg)
