Britaniya şəhərlərində Yeni il tədbirləri LƏĞV EDİLDİ
Bizi izləyin

Avropa

Britaniya şəhərlərində Yeni il tədbirləri LƏĞV EDİLDİ

Böyük Britaniyanın bəzi şəhərlərinin hakimiyyət orqanları pisləşən hava şəraiti ilə əlaqədar Yeni il tədbirlərini ləğv etmək qərarına gəlib.

Publika.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

"Bləkpul, Nyukasl Marina, Uayt adasında və Riponda 2025-ci ili qeyd edəcək tədbirlər ləğv edilib", - məlumatda deyilir.

Qeyd edilib ki, səbəblər arasında güclü külək və yağış proqnozu da var.

Məlumata görə, Met Ofisləri Böyük Britaniyada bir sıra fırtına xəbərdarlığı edib. Pis hava şəraiti yanvarın 2-dək davam edə bilər.

Şotlandiyanın şimalındakı sakinlərə şiddətli yağış səbəbindən həyati təhlükəsi olan vəziyyətlər barədə xəbərdarlıq edilib.

Dəmir yolu sərnişinlərinə krallıq daxilində qatar xidmətlərində mümkün fasilələr barədə xəbərdarlıq edilib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm