Avropa
Fransa həbsxanalarında saxlananların sayı rekord həddə çatdı
Dekabr ayına olan statistikaya görə Fransa həbsxanalarında 80 792 nəfər saxlanılır.
Publika.az xəbər verir ki, Ədliyyə Nazirliyinin hesabatında ölkənin penitensiar müəssisələrinin 62 400 dustaq üçün nəzərdə tutulduğu bildirilir. Ölkə üzrə həbsxanaların ümumi doluluq göstəricisi 129,5 faizdir. 15 cəzaçəkmə müəssisəsində isə doluluq həddi 200 faizi ötüb.
İstintaq təcridxanalarında doluluq səviyyəsi 157 faizə yaxındır. Bu müəssisələrdə istintaq altında olan şəxslər və qısa müddətə həbs edilənlər saxlanılır.
Cəzaçəkmə müəssisəsində sıxlığa görə Fransa Avropa ölkələri arasında yalnız Rumıniya və Kiprdən geri qalır. Qısamüddətli həbslərin ictimai işlə əvəz edilməsi də həbsxanalarda seyrəklik yaratmayıb. 2027-ci ilədək 15 min nəfərlik həbsxanaların tikilməsi planının da vaxtında icrası real görünmür.
-
Magazin203:18
Ferdi Tayfurun mahnıları ilə bağlı vəsiyyəti üzə çıxdı
-
Dünya02:19
Mənsur BMT TŞ-nin iclasında ağladı
-
İdman01:35
“Yunayted” “satqın”ı axtarır: məlumatları sızdırıb
-
Qoroskop00:35
Günün qoroskopu: keçmişdəki məsələlər yenidən gündəmə gələ bilər
-
Magazin23 Yanvar 22:40
"Qurani-Kərim"ə hörmətsizlik edən bloqer saxlanıldı - Foto
-
Nəqliyyat3 Yanvar 22:00
AZAL-ın təyyarəsi Həştərxan üzərində təhlükə ilə üzləşib? - Rəsmi açıqlama
-
Hadisə3 Yanvar 21:40
İlin ən maraqlı 7 astronomik hadisəsi: İlki bu gecə baş verəcək
-
Digər3 Yanvar 19:56
Günəşdə güclü PARTLAYIŞ