Avropa
Almaniya “gələcəyin döyüş maşını”nı bu ölkəyə TƏHVİL VERDİ
Almaniyanın hərbi sənaye konserni “Rheinmetall” Ukrayna ordusuna ilk “Lynx KF41” piyada döyüş maşınını (IFV) təhvil verib.
Publika.az xəbər verir ki, bu barədə Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, "Rheinmetall" seriyalı tədarükü başlamazdan əvvəl "Lynx KF41" Ukraynada çöl sınaqlarından keçəcək.
Qəzet qeyd edir ki, əvvəllər "Rheinmetall" və Ukrayna hakimiyyət orqanları strateji əməkdaşlıq haqqında memorandum imzalayıb və Ukraynada artilleriya sursatlarının istehsalı və "Lynx" piyada döyüş maşınlarının istehsalı üzrə birgə müəssisənin yaradılması ilə bağlı danışıqlara başlayıblar.
Dekabrın 24-də Ali Radanın “Xalqın qulluqçusu” partiyasından olan deputatı Ruslan Qorbenko Almaniya kansleri Olaf Şoltsu “Taurus” uzaqmənzilli raketlərinin istehsalı texnologiyasını Ukraynaya ötürməyə çağırıb.
Hüseyn İbadlı
-
Region20:40Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu - FOTO
-
Sosial20:00Məclis.info saytının rəhbərinə ağır cəza verildi
-
ABŞ19:00Ağ Evin yaxınlığında atışma - Yaralılar var
-
Rəsmi xronika16:41İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
-
Nida Xəbər 15:53Teymur Musayevə yeni vəzifə verildi
-
Rəsmi xronika15:13İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşdü
-
MDB14:08Korrupsiya qalmaqalı böyüyür: Pəncərədən 8 çamadan dolları küçəyə atan kimdir? - VİDEO
-
Sosial13:58Dublində "Avropa Siyasi Birliyi"nin sammiti BAŞLAYIR














.jpg)























