Avropa
Parisdə 100 ildən sonra buna icazə verildi - Sakinlər yenə də etiraz edir
Fransanın paytaxtı Parisdə tarixi qərar qəbul edilib.
Publika.az xəbər verir ki, qərara görə Sena çayında çimmək qadağası 100 ildən sonra rəsmi olaraq ləğv olunub.
1923-cü ildən bəri Sena çayında çimmək qadağan edilmişdi. Səbəb isə çayın suyun yüksək dərəcədə çirkli olması idi. Uzun illər boyunca çayda çimməyə cəhd edənlər 15 avro məbləğində cərimələnirdi.
Lakin 2024-cü il Paris Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində çayın təmizlənməsi istiqamətində ciddi işlər görülüb. Nəhayət, iyulun 5-də Paris rəhbərliyi Sena çayının çimərlik üçün yararlı vəziyyətə gətirildiyini açıqlayıb.
Yeni qərara əsasən, şəhərdə çayın üç hissəsində — Sen-Lui adası yaxınlığında, Bersi və Grenel rayonlarında çimərlik sahələri istifadəyə verilib.
Bununla belə, bəzi yerli sakinlər çayın hələ də tam təmizlənmədiyini düşünərək ehtiyatlı yanaşırlar. Onlar suda çimənlərin sağlamlığının necə qorunacağına dair suallar qaldırırlar.
Fransa rəsmiləri isə suyun keyfiyyətinin gündəlik yoxlanıldığını və təhlükəsizlik standartlarına uyğun olduğunu bildiriblər.
Akqabay
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu
-
Əmlak14:532030-cu ilədək 3 milyard insanın mənzilə ehtiyacı olacaq
-
Ekologiya14:09Sabahın hava proqnozu açıqlandı
-
Nida Xəbər 13:40Serbiya Prezidenti Azərbaycana səfərə gəldi


































.jpg)


