Sosial
WUF13-də uşaqlar və gənclər şəhərlərin gələcəyini müzakirə etdilər
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Uşaq və Gənclər Assambleyası keçirilib.
Publika.az xəbər verir ki, assambleyada uşaqların və gənclərin şəhərsalma prosesində iştirakının artırılması, təhlükəsiz və əlçatan yaşayış mühitinin yaradılması, şəhərlərin gələcəyinin birgə qurulması məsələləri müzakirə olunub.
Bildirilib ki, 2050-ci ilədək dünya üzrə uşaqların və gənclərin təxminən 70 faizi şəhərlərdə yaşayacaqlar. Hazırda isə onların böyük hissəsi qeyri-rəsmi yaşayış məntəqələrində və sıx məskunlaşmış ərazilərdə mənzil problemləri ilə üzləşir. Qeyd olunub ki, bu problemlərin həlli üçün yerli şəraitə uyğun yanaşmalar vacibdir.
Assambleyada vurğulanıb ki, mənzil yalnız yaşayış yeri deyil, həm də təhlükəsizlik, sağlamlıq və sosial rifah üçün mühüm amildir. Tədbir çərçivəsində gənclərin həyata keçirdiyi təşəbbüslər və şəhər mühitinin yaxşılaşdırılması ilə bağlı təkliflər müzakirə edilib.
Müzakirələrdə əlverişli mənzil siyasəti, şəhərsalma islahatları, gənclərin şəhər planlaşdırılmasında iştirakı və gələcək nəsillər üçün mənzillərin daha əlçatan olması məsələlərinə xüsusi diqqət yetirilib.
Assambleyanın yekununda uşaqlar və gənclər üçün yaşayış imkanlarının genişləndirilməsi ilə bağlı təkliflərin hazırlanması, şəhərlərin daha yaşanıqlı olması üçün əməkdaşlığın gücləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.
-
Magazin208:00“Hürrem” və “Süleyman” 15 il sonra bir arada - FOTO
-
Dünya07:47Çinlilər dostluq kodunu sındırdılar
-
Ekologiya07:17Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
-
Magazin106:16Dua Lipanın 3 gün davam edəcək toyundan İLK FOTOLAR
-
Yaxın Şərq02:12Xarq adası yaxınlığında partlayış səsi eşidildi
-
Səhiyyə01:11İnsan DNT-ni redaktə etməyin yolu tapıldı
-
İdman00:30Nişanından bir ay keçməmiş həbs olundu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əla imkanlar yaranacaq





































