İdman
"Qalatasaray" İkardiyə yeni müqavilə təklif edəcək?
“Qalatasaray” rəhbərliyi Mauro İkardi ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Publika.az “Milliyyet” qəzetinə istinadla xəbər verir ki, “sarı-qırmızılar”ın argentinalı hücumçuya təklif etdiyi yeni müqavilə şərtləri açıqlanıb.
Bildirilir ki, Mauro İkardinin taleyi gələn həftə bilinəcək. Prezident Dursun Özbek oyunçunun agenti Pino ilə şəxsən görüşəcək və şərtlərini çatdıracaq. Bildirilir ki, klub təqdim edəcəkləri yeni təkliflə 33 yaşlı futbolçunun maaşında əhəmiyyətli endirim tələb edəcək.
Məlumata görə, hazırda ildə 10 milyon avro qazanan argentinalı futbolçuya 5 milyon avro və bonuslar dəyərində yeni müqavilə təklif olunacaq. Bildirilir ki, argentinalı ulduz puldan çox, kifayət qədər oynamamasından narazıdır və ən yaxşı fiziki formasına çata bilməməsini də bununla əlaqələndirir.
Kluba yaxın mənbələr bildiriblər ki, “Çempionluq şənlikləri bir daha İkardiyə olan sevginin nə qədər böyük olduğunu göstərdi. Prezident Dursun Özbek son zamanlar zəif formasına baxmayaraq, İkardini saxlamaq üçün əlindən gələni edəcək. Kapitanımız dörd illik dominantlığımızda mühüm rol oynayıb. O, bunun davam etməsini istəyir. Qərar nəticə etibarilə İkardinindir… “Qalatasaray” İkardini buraxmayacaq. Gedərsə, qərar özünün olacaq”.
Həmçinin, çempionluq şənlikləri zamanı İkardiyə göstərilən böyük sevginin sevgilisi Çina Suaresə də əhəmiyyətli dərəcədə təsir etdiyi və onun da qərara təsir edəcəyi idda edilir.
-
Dünya17:35ABŞ və İran arasında müharibə bu tarixdə yenidən alovlana bilər - Patrik Uolş
-
MDB16:54Rusiya Ermənistana nota verdi
-
Sosial15:56"WhatsApp"da yeni funksiya: Bir dəfə oxunan mesajlar
-
Nida Xəbər 15:08Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
-
İdman14:18Dünyanın ən seksual qadın futbolçusunun romantik tətilindən - FOTOLAR
-
İdman12:48Kanadanın tarixi qolunu vuran futbolçunun ilham pərisi - FOTOLAR
-
MDB12:12Ukrayna ordusu Brejnevin nəticəsini əsir götürüb - FOTO
-
Nida Xəbər 11:17Kərim Vəliyev təltif edildi



























.webp)
.jpg)









