Avropa
Roma Papası bu iqamətgaha köçdü - FOTO
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo papaların yayda istirahət etdiyi iqamətgaha köçüb.
Publika.az xəbər verir ki, Roma Papası yay tətilini İtaliyanın paytaxtından təxminən 25 kilometr məsafədə yerləşən Kastel Qandolfo qəsəbəsindəki iqamətgahda keçirəcək. Papa Leo iyulun 6-dan 20-dək Albano vulkanik gölünün sahilində yerləşən bu yay iqamətgahında qalacaq, burada messalar keçirəcək. Bu müddət ərzində Vatikanda bütün görüşlər və qəbullar dayandırılacaq, iyulun 30-dan isə yenidən bərpa olunacaq. Papa Leo avqustun 15-dən 17-dək də Kastel Qandolfoda qalacaq.
Qeyd edək ki, yay iqamətgahı 12 il sonra XIV Leo tərəfindən istifadə olunacaq. Mərhum Papa Fransisk yayda Vatikanda qalmağı seçərək iqamətgahdan istifadədən imtina etmiş, 2016-cı ildən buranın turistlər üçün açıq muzey kimi istifadə olunması göstərişini vermişdi. Bununla da, Roma papalarının ənənəsi pozulmuşdu. İqamətgahda yaşayan sonuncu Papa XVI Benedikt olub.
Burada İsveçrə qvardiyasına məxsus geyimlər, papanı yürüşlərdə daşımaq üçün istifadə olunan portativ taxt və digər əşyalar yerləşən sərgi otaqları var. Həmçinin bütün papaların portretləri nümayiş olunan qalereya, qonaqların qəbul edildiyi gözləmə otaqları yerləşir. Malikanədə papanın ofisləri, kreslosu, iş masaları, kitab rəfləri, yataq otağı, qurbangah və kiçik kilsə var.
Kastel Qandolfo XIII əsrdə Müqəddəs Taxt-Tacın mülkü elan edilib, lakin XVII əsrə kimi burada bina tikilməyib. Papaların istirahət etdiyi Kastel Qandolfo sarayı isə 1624-cü ildə Karlo Maderno tərəfindən Papa VIII Urban üçün inşa olunub. 1929-cu ildə Papa XI Piy tərəfindən burada bərpa işləri aparılıb və o vaxtdan papaların yay iqamətgahı kimi istifadə edilib. Roma papaları ənənəvi olaraq qışı Vatikanda, yayı isə Kastel Qandolfoda keçiriblər.
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu
-
Əmlak14:532030-cu ilədək 3 milyard insanın mənzilə ehtiyacı olacaq
-
Ekologiya14:09Sabahın hava proqnozu açıqlandı
-
Nida Xəbər 13:40Serbiya Prezidenti Azərbaycana səfərə gəldi


































.jpg)


