Avropa
Avropa dəhşətli müharibəyə belə hazırlaşır: Nəhəng plan masada
Avropa İttifaqı mümkün müharibəyə qarşı ehtiyat tədbirlərini artırıb. Brüssel administrasiyası böhran dövrləri üçün kritik minerallar və nüvə yanacağı ehtiyatı saxlayacaq. Ölkələrin hazırlaşdığı digər ehtiyat tədbirləri də diqqət çəkir.
Publika.az xəbər verir ki, “ Financial Times”ın məlumatına görə, Avropa İttifaqı hücumlardan narahatlığını artır. Buna görə də Brüssel hökuməti fövqəladə vəziyyət layihəsi hazırlayır. Layihə kritik mineralların və nüvə yanacağının təcili ehtiyatlarını yaradacaq. Plan 27 üzvdən ibarət təşkilatın təhlükəsizliyini və dayanıqlığını artırmaq üçün daha geniş səylərin bir hissəsidir. Keçən ay Almaniya Müdafiə Qüvvələrinin komandanı general Karsten Breuer Rusiyanın qarşıdakı dörd il ərzində Aİ üzvü olan dövlətə hücum edə biləcəyini iddia etmişdi.
Baltik dənizində təxribat böhranları da layihəyə əlavə edilib. Avropa ölkələri də fövqəladə hallar üçün kabel təmir dəstlərini ehtiyatda saxlayacaq. Avropa Birliyinin ehtiyatı saxlamasının digər səbəbi iqlim dəyişikliyidir. Ehtiyatlar həm də qitədə yanğınlara, həddindən artıq istilərə və təbii fəlakətlərə qarşı ehtiyat tədbirlərinin görülməsinə yönəlib. Bundan əlavə, hər bir bölgə və böhran üçün əsas material siyahıları xüsusi olaraq hazırlanacaq. Üzv dövlətlər özəl sektorun vergi güzəştləri kimi vasitələrlə ehtiyatların yığılmasına töhfə verməsi üçün stimulları artıracaqlar.
Sənəd layihəsinin gələn həftə dərc olunması gözlənilir, lakin təqdimatdan əvvəl dəyişikliklər edilə bilər.
Tural
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu
-
Əmlak14:532030-cu ilədək 3 milyard insanın mənzilə ehtiyacı olacaq
-
Ekologiya14:09Sabahın hava proqnozu açıqlandı
-
Nida Xəbər 13:40Serbiya Prezidenti Azərbaycana səfərə gəldi


































.jpg)


