Avropa
Müharibə sona çatır? - Keçmiş kəşfiyyat rəhbəri tarix açıqladı
Britaniyanın kəşfiyyat qurumu olan MI6-nın keçmiş rəhbəri Con Souers diqqət çəkən açıqlama verib.
Publika.az "Financial Times"a (FT) istinadən xəbər verir ki, o, Rusiya ilə Ukrayna arasında danışıqların bu il baş tutmayacağını deyib. Souersin sözlərinə görə sülh danışıqları yalnız gələn il başlaya bilər.
"Sülh müqaviləsinin 2027-ci ilin yazına qədər müzakirə edilməsi ehtimalı azdır",- "Financial Times" yazıb.
Keçmiş baş kəşfiyyatçının sözlərinə görə, proqnozlaşdırılan sərt qış və münaqişə tərəflərində hərbi, iqtisadi itkilərin artması kimi amillər 2027-ci ildə uğurlu danışıqların başlanması üçün şərait yarada bilər.
O qeyd edib ki, qarşıdakı aylarda da hər iki tərəfin zərər və problemləri artmağa davam etsə, 2027-ci ildə uğurlu atəşkəs danışıqları ehtimalı yaranacaq.
Eyni zamanda, Souers pessimist fikirlər də səsləndirib. Onun proqnozlarına görə, yaxın gələcəkdə davamlı sülhə nail olmaq mümkün olmayacaq. Hazırkı şəraitdə əldə edilə biləcək ən yaxşı uğur 2014-cü ildən sonrakı döyüş səviyyəsinə qayıtmaqdır.
Xatırladaq ki, bir neçə gün öncə "New York Times" (NYT) qəzeti də oxşar mövzuda məqalə dərc etmişdi. Məqalədə Ukraynadakı münaqişənin "eskalasiya spiralına" girməsi xüsusi vurğulanmış və ekspertlər, diplomatlar ciddi sülh danışıqlarının 2027-ci ilin yazına və ya yayına qədər başlamayacağını demişdilər.
Müəllif: Tural
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...










.jpg)












.jpg)













