Avropa
İsveç mediası 18 yaşlı azərbaycanəsilli namizəd barədə yazır - O kimdir?
İsveç mediası qarşıdan gələn bələdiyyə şurası seçkilərində Mötədillər Partiyasından Yevle şəhərinin bələdiyyə şurasına namizədliyini irəli sürən 18 yaşlı Rihad Ələkbərova diqqət yetirib.
Publika.az xəbər verir ki, İsveçin SVT telekanalı Yevle bələdiyyə şurasına namizədlər arasında ən gənc və ən yaşlı namizəd haqqında reportaj hazırlayıb. Onların ən gənci — Rihad Ələkbərovun 18 yaşı cəmi bir neçə gün əvvəl tamam olub. Ən yaşlı namizəd isə yamaykaəsilli Yaşıllar Partiyasının nümayəndəsi Ken Kubulensodur. Onun 95 yaşı var.
Yaş fərqi 77 il olsa da, hər iki namizəd cəmiyyətin inkişafında iştirak etmək istədiklərini bildirib, siyasət və həyatla bağlı fikirlərini bölüşüb.
İsveç telekanalına müsahibəsində Rihad Ələkbərov, xüsusilə, partiyasında geniş yayılmış mövqedən fərqlənən bir məsələyə münasibətini açıqlayıb. Onun sözlərinə görə, İsveçdə alkoqol satışına dövlət inhisarının qorunmasını dəstəkləyir, halbuki Mötədillər Koalisiya Partiyasının bir çox nümayəndəsi bu inhisarın ləğvinin tərəfdarıdır.
95 yaşlı Ken Kubulenso söhbətin sonunda gənc namizədə tövsiyələrini verərək onu siyasətlə məşğul olmağa və cəmiyyətin yaxşılaşdırılması və inkişafı istiqamətində çalışmağa davam etməyə çağırıb.
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...










.jpg)












.jpg)













