Avropa
“Berlin sızması”: Hakerlər Bundesverin gizli planlarını yaydılar
Berlin Senatının informasiya sistemlərinə daxil olmuş haker qruplaşması darknetdə paytaxtın infrastrukturu, müdafiə müəssisələri, Bundesver və polis haqqında məxfi sənədlər də daxil olmaqla, nəhəng həcmdə konfidensial məlumat massivi dərc edib. Sızdırılmış materialları nəzərdən keçirən "Bild" qəzetinin məlumatına görə, məlumatlar ümumilikdə 5,2 terabayt olmaqla təxminən 1,44 milyon fayl təşkil edib.
Publika.az xəbər verir ki, aşkar edilən məlumatlar arasında Federal Kansler İdarəsinin genişləndirilməsi planları, fəlakətlər zamanı mühafizə tədbirləri haqqında sənədlər, elektrik təchizatı şəbəkələri, su təchizatı, həbsxana müəssisələri və yanğınsöndürmə sxemləri barədə məlumatlar var.
Təxminən 12 min faylda şəxsi məlumatlar – pasportların, vəsiqələrin surətləri, torpaq məlumat bazalarının parolları, parkinq cərimələri haqqında informasiya, həmçinin əməkhaqları və müqavilələr barədə məlumatları olan dövlət qulluqçularının şəxsi işləri yer alır. Şəbəkəyə 1 890-dan çox xidməti yazışma sızıb.
Açıq girişdə həmçinin kriminal polisin əməkdaşlarının əlaqə məlumatları, bölmələrin bina planları, eləcə də hakimiyyət orqanları ilə iri korporasiyalar – “Siemens”, “Zalando”, “Amazon”, “Nike”, “Airbnb” və “Tesla” arasında xidməti yazışmalar olub.
“Rhysida” haker qrupu əvvəlcə Berlin hakimiyyətindən 2 milyon avro məbləğində fidə tələb edərək məlumatları sentyabrın 4-nün ortalarınadək dərc etməklə hədələmişdi. İdarəedici burqomist Kay Veqnerin şantajçılara pul ödəməkdən imtina etməsindən sonra məlumatlar dərc olunub.
Kiberhücum barədə avqustun 14-də məlum olub, sızma isə avqustun 7-dən 12-dək olan dövrdə baş verib. Zərər çəkmiş iki senat idarəsi ümumşəhər şəbəkəsindən müvəqqəti olaraq ayrılıb. İstintaq davam edir.
Hüseyn İbadlı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı









.jpg)















.jpg)













