Avropa
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Almaniya kansleri Fridrix Mertsin rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqı ikili vətəndaşlığa qadağa qoymağı və Almaniya pasportunun alınması üçün dil tələblərini sərtləşdirməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti yazır.
Nəşrin məlumatına görə, partiyanın yüksəkrütbəli üzvləri ikili vətəndaşlığın qadağan edilməsini və vətəndaşlığa qəbul olunmaq istəyənlər üçün alman dilini bilmək tələblərinin sərtləşdirilməsini müzakirə edirlər.
XDS/XSS fraksiyasının hüquqi siyasət üzrə spikeri Günter Krings izah edib ki, pasportun alınması Almaniya cəmiyyətinə inteqrasiyanın son mərhələsi olmalıdır.
“Hesab edirəm ki, belə bir qayda işləməlidir: Almaniya vətəndaşlığını alarkən əvvəlkindən imtina etməyə borclusunuz. Əgər başqa ölkəyə köçürsünüzsə və orada həmişəlik qalmaq niyrətindəsinizsə, nə üçün əvvəlki vətəndaşlığınızı saxlamağınızın bu qədər zəruri olduğunu anlamıram”, - deyə o bildirib.
Parlamentari həmçinin ölkənin siyasi həyatında iştirak etmək üçün alman dilini yaxşı bilmənin vacibliyini vurğulayıb.
Öz növbəsində XDS/XSS blokunda daxili siyasətə kuratorluq edən bundestaq deputatı Aleksandr Trom bildirib ki, onun partiyası vətəndaşlığın alınması müddətlərinin uzadılmasında təkid edir. Hazırda vətəndaşlığa qəbul üçün Almaniyada beş il qanuni yaşamaq kifayətdir.
Hüseyn İbadlı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı









.jpg)















.jpg)













