Avropa
Trampın oğlu gözlənilmədən Rusiya ilə qonşu olan ölkəyə gəldi
ABŞ Pezidentinin böyük oğlu və ailə korporasiyası olan “The Trump Organization”un icraçı vitse-prezidenti Kiçik Donald Tramp gözlənilmədən Tallinə gəlib.
Publika.az xəbər verir ki, məlumatı “Postimees” qəzeti təsdiqləyib, lakin sahibkarın Estoniyaya səfərinin məqsədi hələlik açıqlanmır.
Nəşrin məlumatına görə, o, səfər müddətində “Radisson” şəbəkəsinin otellərindən birində yerləşib. Şəhərdə mühafizəçilərlə hərəkət edən Kiçik Donald Trampın bu səfəri qeyri-rəsmi, lakin statuslu xarakter daşıdığını göstərir.
ABŞ-ın Estoniyadakı səfirliyi məlumatın olmamasını və ya şəxsi səfərlərin detallarının açıqlanmasının qeyri-mümkünlüyünü əsas gətirərək həm “Postimees”, həm də “Delfi” portalı üçün şərhlərdən imtina edib.
Kiçik Donald Tramp “The Trump Organization”un aktivlərinin əhəmiyyətli hissəsinə nəzarət edir və beynəlxalq biznes tədbirlərində müntəzəm olaraq iştirak edir. Lakin onun Baltikyanı ölkənin paytaxtında peyda olması əvvəlcədən elan edilməyib və ictimai qrafikə daxil deyil ki, bu da yerli KİV-lərdə və diplomatlarda əlavə suallar doğurur.
Səfərin şəxsi biznes maraqları, siyasi məsləhətləşmələr və ya digər səbəblərlə bağlı olub-olmadığı hələlik qaranlıq qalır.
Hüseyn İbadlı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı









.jpg)















.jpg)













