Avropa
Avropa Komissiyasının Prezidenti Qrenlandiyaya getdi
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Qrenlandiyaya ikigünlük səfərə gedib.
Publika.az xəbər verir ki, səfər çərçivəsində Avropa İttifaqı ilə Qrenlandiya arasında əməkdaşlığın genişləndirilməsi, yeni tərəfdaşlıq haqqında birgə bəyanatın imzalanması nəzərdə tutulur. Həmçinin yüz milyonlarla avro həcmində investisiya öhdəliklərinin açıqlanacağı gözlənilir.
U.Lyayeni Nuuk hava limanında Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen və Danimarkanın Baş naziri Mette Frederiksen qarşılayıblar.
Aİ Komissiyasının Prezidenti səfərlə bağlı “X” hesabındakı paylaşımında bildirib: “Biz bir ailəyik. Unikal tərəfdaşlığımızı daha da gücləndirmək üçün üzərində birlikdə işlədiyimiz Tərəfdaşlıq Paketi ilə geri qayıtmışam”.
Qeyd edək ki, bu səfər ABŞ Prezidenti Donald Trampın Qrenlandiyaya nəzarət iddialarını yenidən gündəmə gətirdiyi bir vaxta təsadüf edir. ABŞ administrasiyası adanın strateji və təhlükəsizlik baxımından əhəmiyyətini, eləcə də zəngin kritik xammal ehtiyatlarını xüsusi vurğulayır.
Qrenlandiya Danimarka Krallığının tərkibində olsa da, geniş muxtariyyətə malikdir və Avropa İttifaqına daxil deyil.
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı









.jpg)















.jpg)













