Avropa
Almaniyada "dönüş nöqtəsi" - İfrat sağçılar tarixi qələbə qazandı
Almaniyanın Saksoniya-Anhalt federal torpağında keçirilən parlament seçkilərində ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası tarixi qələbə qazanıb. Lakin partiya parlamentdə mütləq çoxluğu əldə edə bilməyib.
Publika.az xəbər verir ki, ilkin nəticələrə əsasən, AfD seçkilərdə səslərin 43,8 faizini toplayıb. Bununla partiyanın 2021-ci il seçkilərindəki nəticəsi təxminən iki dəfə yaxşılaşıb.
Hakim Xristian Demokrat İttifaqı (CDU) 17,2 faiz səslə ikinci olub. Sosial Demokrat Partiyası (SPD) 9,3 faiz, “Yaşıllar” 8,9 faiz, “Sol” isə 8,6 faiz səs toplayıb. Sara Vagenknextin rəhbərlik etdiyi solçu populist partiyası da 5,3 faiz səslə seçki baryerini keçib.
Seçki komissiyasının hesablamalarına görə, 83 yerlik parlamentdə AfD 39 mandat əldə edir. Halbuki hökuməti təkbaşına formalaşdırmaq üçün 42 mandat tələb olunur.
CDU-nun parlamentdəki mövqeyi isə ciddi şəkildə zəifləyib. Partiya əvvəlki seçkilərdə qazandığı 40 mandatdan yalnız 15-ni qoruyub. SPD və “Yaşıllar” 8, “Sol” 8, BSW isə 5 mandat əldə edib.
Seçkinin nəticələri Almaniyada mümkün koalisiya ssenarilərini də gündəmə gətirib. “Spiegel”in yenilənmiş proqnozuna əsasən, AfD və BSW birlikdə 44 mandata sahib ola bilər. Bu isə ifrat sağçı partiyanın rəhbərlik etdiyi hökumətin BSW-nin dəstəyi ilə formalaşması ehtimalını gündəmə gətirir.
Lakin BSW artıq bəyan edib ki, nə AfD-nin, nə də CDU-nun yerli liderinin rəhbərlik edəcəyi hökuməti dəstəkləməyəcək.
AfD-nin qələbəsi Almaniyada “dönüş nöqtəsi” kimi qiymətləndirilib. Seçkilərin nəticəsi ölkədə ilk dəfə federal torpaq hökumətinin AfD siyasətçisinin rəhbərliyi ilə formalaşmasına yol aça bilər.
Müəllif: Adəm
-
MDB08:00Putin ad gününü keçmiş xarici liderlə qey edib - FOTO
-
İKT07:47"Apple" yeni təqdimatın tarixini açıqladı - Yeni hibrid cihaz gəlir...
-
Ekologiya07:17Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Magazin206:16Ulduzun yerişi izləyiciləri çaş-baş saldı: "Maral balasına oxşayır" - VİDEO
-
Magazin204:44Selin Dion konsert zamanı səhnədə yıxıldı
-
Sağlamlıq04:14Bağırsaq iltihabını azalda giləmeyvələr - Tərkibində nələr var?
-
İKT03:13"Windows 11" "Windows XP"dən daha bir xüsusiyyəti geri qaytarır
-
Magazin201:41Həyat yoldaşını çiyinlərinə alaraq qaçdı: “Dünyamı daşıyıram” - FOTO























.png)











