Avropa
Mask Almaniyadakı seçkiyə qarışdı - AfD-nin qələbəsinə belə reaksiya verdi
Amerikalı milyarder İlon Mask Almaniyanın Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə qələbə qazanması münasibətilə “Almaniya üçün Alternativ” (AfD) partiyasını təbrik edib.
Publika.az xəbər verir ki, Mask “X” sosial şəbəkəsində AfD həmsədri Alis Vaydelin paylaşımına “Yaxşı nəticə” şərhini yazıb. Vaydel paylaşımında partiyanın yerli lideri Ulrix Ziqmundu seçkidə əldə olunan qələbə münasibətilə təbrik etmişdi.
Ziqmund da Maska cavab verərək dəstəyinə görə təşəkkür edib.
“Əgər biz burada məsuliyyəti öz üzərimizə götürsək, güclü və konstruktiv əməkdaşlıq imkanından məmnun olaram. O zaman Almaniya yenidən sərmayə qoymağa dəyər ölkəyə çevriləcək. Saksoniya-Anhaltdan ən xoş arzular”, - deyə Vaydel bildirib.
Qeyd edək ki, AfD Saksoniya-Anhaltda keçirilən əyalət seçkilərində 43,8 faiz səs toplayaraq birinci yeri tutub. Partiya 83 yerlik parlamentdə 39 mandat qazansa da, təkbaşına hökumət qurmaq üçün lazım olan mütləq çoxluğu əldə edə bilməyib.
Müəllif: Adəm
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı









.jpg)















.jpg)













