Avropa
Almaniyada seçki şoku: AfD Rusiyaya görə Berlinə təzyiq edəcək
Almaniyanın Saksoniya-Anhalt federal torpağında keçirilən yerli parlament seçkilərində qalib gələn “Almaniya üçün Alternativ” (AfD) partiyası Berlinin Rusiya siyasətinin dəyişdirilməsini tələb edəcək.
Publika.az xəbər verir ki, partiyanın həmsədri Tino Xrupalla bildirib ki, AfD Almaniyanın Rusiya ilə münasibətlərinin yenidən yaxşılaşdırılmasını istəyir.
“Biz istəyirik ki, Rusiya ilə yenidən yaxşı münasibətlərimiz olsun”, - deyə o vurğulayıb.
Xrupalla Almaniya rəhbərliyinin Moskvaya qarşı indiki sanksiya siyasətindən imtina etməli olduğunu bildirib. Onun sözlərinə görə, AfD bu məqsədlə Almaniya Federal Şurasında (Bundesrat) Berlinə təzyiq göstərəcək.
Qeyd edək ki, AfD Saksoniya-Anhalt parlamentinə seçkilərdə 43,8 faiz səslə qalib gəlib. Hakim Xristian-Demokrat İttifaqı (XDİ) isə 17,2 faiz səs toplayıb.
Müəllif: Adəm
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı









.jpg)















.jpg)













