Avropa
Eyfel qülləsi bağlandı - Qəribə səbəb
Parisdə Eyfel qülləsi qadın əməkdaşların hindu dini nümayəndə heyətinin ziyarəti zamanı kənarda saxlanılmasına etiraz edən işçilərin tətili səbəbindən bağlanıb.
Publika.az xəbər verir ki, hadisə ənənəvi hindu BAPS hərəkatının təxminən 100 üzvünün Eyfel qülləsinə təşkil olunan özəl səfəri zamanı baş verib. Nümayəndə heyəti Fransanın Sena-et-Marn departamentinin Bussi-Sen-Jorj şəhərində hindu məbədinin açılışı ərəfəsində keçirilən tədbirlər çərçivəsində Parisə gəlib.
Səfərdən əvvəl BAPS nümayəndələrinin Eyfel qülləsini idarə edən SETE şirkətinə müraciət edərək ruhani liderlərinin qadınlarla təmasının məhdudlaşdırılmasını istədiyi bildirilir. Şirkət rəhbərliyi bu tələbi qəbul edib.
Qərar qüllənin əməkdaşlarının etirazına səbəb olub və onlar sentyabrın 7-də tətil elan ediblər. Bundan sonra SETE açıqlama yayaraq sözügedən şərtlərin qəbul edilməsini yanlış addım kimi qiymətləndirib. Şirkət bildirib ki, bu yanaşma qurumun dəyərlərinə, qadın və kişilər arasında bərabərlik prinsipinə və ziyarətlərin təşkili zamanı qorunmalı olan neytrallıq qaydasına ziddir.
SETE qeyd edib ki, heç bir dini, mədəni və ya protokol səbəbi qadın və kişilər arasında bərabərlik prinsipindən kənara çıxmağa əsas ola bilməz.
Qərarın kim tərəfindən təsdiqləndiyi hələ məlum deyil. SETE-nin prezidenti Ariel Veil məsələnin aydınlaşdırılmasını, Paris meri Emmanuel Qreqvar isə hadisənin araşdırılmasını tələb edib.
Hadisənin SETE-nin növbəti idarə heyəti iclasında müzakirə olunacağı gözlənilir.
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı









.jpg)















.jpg)













