Avropa
Mertsin partiyası təməlindən sarsılıb: İstefa verəcək?
Almaniyanın kansleri Fridrix Merts Saksoniya-Anhaltda ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının tarixi qələbəsindən sonra istefa verməyəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, Merts Berlində jurnalistlər qarşısında çıxış edərkən nəticənin onun rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqını (CDU) “təməlindən sarsıtdığını” etiraf edib. O, bunun CDU-nun son illərdə, hətta son onilliklərdə aldığı ən ağır seçki məğlubiyyəti olduğunu bildirib.
Merts məğlubiyyətin məsuliyyətini qəbul etsə də, vəzifəsindən getməyəcəyini vurğulayıb. AfD-nin qələbəsi isə Almaniyada II Dünya müharibəsindən sonra ifrat sağın regional seçkidə əldə etdiyi ən böyük uğur kimi qiymətləndirilir.
Qeyd edək ki, Mertsə qarşı narazılığın miqyası da diqqət çəkir. Son sorğulardan birində Saksoniya-Anhalt sakinlərinin cəmi 9 faizi kanslerin siyasətindən razı olduğunu bildirib.
Xatırladaq ki, AfD seçkidə təxminən 44 faiz səs toplayaraq CDU-nu böyük fərqlə geridə qoyub.
Müəllif: Adəm
-
Avropa10:15Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə
-
MDB09:38Rusiyadan maraqlı gediş - Kanalizasiyanı vurdular
-
Sosial09:27Romantikadan sonrakı reallıq: Əcnəbilərlə qurulan ailələr niyə dağılır?
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çin maşını almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz

















.jpg)
.jpg)








.jpg)






.jpg)



