Avropa
Vuçiç sabah iki tarixi qərar verəcək - 45 gün ərzində...
Serbiya Prezidenti Aleksandar Vuçiç oktyabrın 25-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan edib və sentyabrın 9-u günorta saat 12-də Skupçinanın (parlament) buraxılması haqqında fərmanı imzalayacağını söz verib.
Publika.az xəbər verir ki, bu barədə “Danas” məlumat yayıb.
Dövlət başçısı izah edib ki, sabah konstitusiyaya və prezident haqqında qanuna uyğun olaraq iki qərar qəbul etmək niyyətindədir.
“Birincisi - Serbiya Respublikası Xalq Skupçinasının buraxılması haqqında fərman, ikincisi - seçkilərin təyin edilməsi haqqında qərar. Hər iki qərarı sabah tən saat 12-də elan edəcəyəm. Serbiyada seçkilər oktyabrın 25-də keçiriləcək”, - deyə Vuçiç bildirib.
Siqyasətçi səsvermənin istənilən nəticələrini qəbul edəcəyinə əmin edib. O özü seçkilərdə siyahısına rəhbərlik edəcəyi hakim “Serb Tərəqqi Partiyası”nı (STP) təmsil edəcək.
Qanuna görə, parlamentin buraxıldığı gündən səsvermə gününə qədər ən azı 45 və ən çoxu 60 gün keçməlidir.
“Kampaniyanın bütün iştirakçılarını özləri ilə məşğul olmağa deyil, insanlara yol tapmağa, onların qayğılarını başa düşməyə çalışmaqlarını çağırıram. Bəzilərinin fakültələri bloklamağa çalışacağını bilirəm, xahiş edirəm, bunu etməsinlər”, - deyə seçkiqabağı yarışın potensial iştirakçılarına müraciət edən Vuçiç bildirib.
O əmindir ki, 45 günlük kampaniya ərzində seçicilər keçmişə qayıtmaq istəyib-stəmədiklərini və namizədlərin təqdim etdiyi siyasi qüvvələrin onların maraqlarını nə dərəcədə əks etdirə biləcəyini müəyyənləşdirə biləcəklər.
Hüseyn İbadlı
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
















.jpg)

.jpg)




















