Avropa
Bu sorğu Mertsi şoka saldı: AfD Şərqi Almaniyada 45 faiz səs "götürdü"
Almaniyanın müxalifətçi “Almaniya üçün Alternativ” (AfD) partiyası ölkənin şərq torpaqlarında kansler Fridrix Mertsin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı (XDİ/XSD) blokunu böyük fərqlə qabaqlayır.
Publika.az xəbər verir ki, RTL və N-TV üçün Forsa institutunun keçirdiyi sorğuya əsasən, yalnız Şərqi Almaniya sakinləri səs versəydi, AfD 45 faiz, hakim XDİ/XSD bloku isə cəmi 12 faiz səs toplayardı. Bununla da hakim blok üçüncü yerdə qalardı. “Sol” partiyası isə 15 faizlə ikinci yeri tutardı.
Sorğuda iştirak edən şərqi almanların yalnız 7 faizi Mertsin kansler kimi fəaliyyətini müsbət qiymətləndirib. Respondentlərin 91 faizi isə onun fəaliyyətindən narazı olduğunu bildirib.
Araşdırma sentyabrın 1-dən 7-dək 2502 nəfər arasında keçirilib. Statistik xəta 2,5 faiz bəndindən çox deyil.
Qeyd edək ki, ötən həftəsonu AfD Saksoniya-Anhalt əyalət parlamentinə seçkilərdə 43,8 faiz səs toplayaraq rekord nəticə göstərib. Bu, partiyanın Almaniya regionlarında indiyədək əldə etdiyi ən yüksək göstəricidir.
Merts XDİ-nin seçkidəki məğlubiyyətini etiraf edib. Kanslerin reytinqinin iqtisadi siyasət və hərbi xərclərə üstünlük verilməsi fonunda sürətlə aşağı düşdüyü bildirilir.
Müəllif: Adəm
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı









.jpg)













.jpg)













