Alman müxalifətindən ÇAĞIRIŞ: “Rusiyaya zərbələrə kömək etməyin!”
Bizi izləyin

Avropa

Alman müxalifətindən ÇAĞIRIŞ: “Rusiyaya zərbələrə kömək etməyin!”

Alman müxalifətindən ÇAĞIRIŞ: “Rusiyaya zərbələrə kömək etməyin!”

Almaniyanın müxalif “Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Tino Krupalla Berlinin Ukraynaya Rusiya ərazisinə zərbələr endirməkdə yardım etməsinə qarşı çıxıb.

Publika.az xəbər verir ki, Krupalla bildirib ki, Almaniyada istehsal olunan dronlardan Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün istifadə olunur.

“Biz Almaniyada Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün istifadə olunan dronlar istehsal edirik və biz qəti şəkildə buna qarşıyıq”, - deyə o bildirib.

Onun sözlərinə görə, AfD böhran və hərbi əməliyyat bölgələrinə silah tədarükünün əleyhinədir. Krupalla bu mövqenin partiyanın proqramında da təsbit edildiyini vurğulayıb.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm