Avropa
Merts AfD-ni etnik təmizləmədə ittiham etdi - Rusiyanı dəstəkləməkdə günahlandırdı
Almaniya kansleri Fridrix Merts ifrat sağçı Almaniya üçün Alternativ Partiyasını (AfD) Rusiyanı dəstəkləməkdə və miqrasiya əleyhinə siyasət yürütməkdə ittiham edib. Kansler partiyanın “reemiqrasiya” siyasətinin həyata keçirilməsinin mənşə və dəri rənginə görə etnik təmizləmə ilə eyni məna daşıyacağını bildirib.
Publika.az xəbər verir ki, Merts bu fikirləri Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə partiyasının məğlubiyyətindən sonra Almaniya parlamentində çıxışı zamanı səsləndirib.
“Miqrasiya keçmişi olan insanlar da ixtisaslı peşələrdə çalışırlar. Əgər burada təklif olunan, yəni “reemiqrasiya” siyasəti reallığa çevrilsəydi, bu, mənşə və dəri rənginə görə etnik təmizləmənin sinonimindən başqa bir şey olmazdı”, - Merts deyib.
Parlamentdə çıxışı zamanı kansler AfD-nin həmsədri Alis Vaydel ilə Ukraynadakı münaqişə ilə bağlı mübahisə edib.
Vaydel Mertsi münaqişəni qızışdırmaqda və hərbi təbliğatı gücləndirməkdə ittiham edib. Merts isə buna cavab olaraq AfD-ni Rusiyanı dəstəkləməkdə günahlandırıb.
Müəllif: Adəm
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı









.jpg)













.jpg)













