Avropa
Almaniyada müdafiə planı ilə bağlı qalmaqal: Nazir sənədi geri istəyir
Almaniyanın müdafiə naziri Boris Pistorius Saksoniya-Anhalt federal torpağında məxfi hərbi sənədin təhlükəsizliyini qorumaq üçün Operativ Planın (OPLAN) geri götürülməsini istəyir.
Publika.az "RedaktionsNetzwerk Deutschland"a (RND) istinadən xəbər verir ki, Pistoriusun bu addımı sənədin Saksoniya-Anhaltda seçkilərdə qalib gələn “Almaniya üçün Alternativ” (AfD) partiyasının əlinə keçə biləcəyi ilə bağlı narahatlıqdan irəli gəlir.
Saksoniya-Anhalt Dövlət Kanslerliyinin rəhbəri Rayner Robra isə müdafiə planına çıxışın məhdudlaşdırılması ilə bağlı fikirləri tənqid edib. O bildirib ki, federal torpağın müdafiə məsələləri ilə bağlı məlumatlara çıxışının məhdudlaşdırılması halında torpaqlar və federal hökumət arasında qarşılıqlı fəaliyyətin necə həyata keçiriləcəyini təsəvvür etmək çətindir.
Qeyd edək ki, OPLAN təhlükələrin erkən müəyyənləşdirilməsi və çəkindirmədən başlayaraq dövlət müdafiəsi, NATO-nun kollektiv müdafiəsi və münaqişədən sonrakı bərpaya qədər beş mərhələdən ibarət eskalasiya modelini təsvir edir.
Pistoriusun narahatlığı AfD-nin Saksoniya-Anhalt parlamentinə keçirilən seçkilərdə qələbəsindən sonra məxfi sənədin partiyanın sərəncamına keçməsi ehtimalı ilə bağlıdır. Almaniya hakimiyyəti AfD-ni konstitusiya quruluşu üçün təhlükə hesab edir.
Rayner Robra vurğulayıb ki, OPLAN-ın geri alınması federal torpaqlarla mərkəzi hakimiyyət arasındakı konstitusion qarşılıqlı fəaliyyəti poza bilər.
Almaniyanın Müdafiə Nazirliyi isə RND-nin məlumatını hələlik şərh etməyib.
Müəllif: Adəm
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı









.jpg)













.jpg)













