Avropa
Avropada qaz qiymətləri enerji böhranı səviyyələrinə yaxınlaşdı
Avropanın əsas mərkəzlərində növbəti gün üçün təslim edilməklə qazın qiyməti 1 min kubmetr üçün 1 min dolları ötüb. Qiymətlərin belə səviyyəsi 2022-ci ilin sonunun energetika böhranının göstəriciləri ilə müqayisə oluna bilər.
Publika.az xəbər verir ki, bu barədə “Gazprom” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Şirkət bildirib ki, yüksək qaz qiymətləri və Avropanın yeraltı anbarların doldurulmasında gecikmələr qarşıdan gələn soyuq dövrdə istehlakçıların qaz təchizatının etibarlılığı üçün riskləri artırır.
“Gazprom”un “Gas Infrastructure Europe”a istinadla verdiyi məlumata görə, sentyabrın 8-nə Avropa yeraltı qaz saxlanc anbarları 67,3 faiz dolub. Onlardakı aktiv qazın həcmi bir il əvvəlki göstəricidən 12,8 milyard kubmetr az olub.
“Gazprom”dan həmçinin qeyd ediblər ki, payız və qış yaxınlaşdıqca Avropa saxlanc anbarlarındakı qaz ehtiyatları azalır. Bunun fonunda qiymət artımı isitmə mövsümündə tədarük vəziyyəti ilə bağlı narahatlıqları gücləndirir.
Hüseyn İbadlı
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir








.jpg)
















.jpg)













