Avropa
Mertsdən şikayət var: AfD kansleri “cinayət məsuliyyəti” ilə hədələdi
Almaniya Bundestaqında “Almaniya üçün Alternativ” (AfD) fraksiyası kansler Fridrix Mertsin partiya ilə bağlı açıqlamalarından sonra polisə müraciət edib.
Publika.az xəbər verir ki, buna səbəb Mertsin Almaniya parlamentində büdcə müzakirələri zamanı səsləndirdiyi fikirlər olub.
Kansler çıxışında AfD-nin “remiqrasiya” siyasətini tənqid edərək, bunun mahiyyət etibarilə “dərinin rənginə və mənşəyinə görə etnik təmizləməni” təbliğ etdiyini bildirib.
AfD fraksiyasının parlament katibi Ştefan Brandner Mertsin ittihamını tamamilə qəbuledilməz adlandırıb. O, kanslerin bu ifadələrinin cinayət məsuliyyəti çərçivəsində qiymətləndirilə biləcəyini deyib.
AfD nümayəndələri isə bildiriblər ki, “remiqrasiya” dedikdə Almaniyanı tərk etməli olan əcnəbilərin öz ölkələrinə qaytarılması nəzərdə tutulur. Partiya bunun xarici mənşəli Almaniya vətəndaşlarının ölkədən çıxarılması anlamına gəlmədiyini vurğulayır.
AfD-nin mövqeyinə görə, belə bir siyasət yalnız Almaniya Konstitusiyasına uyğun şəkildə həyata keçirilməlidir.
Müəllif: Adəm
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir








.jpg)
















.jpg)













