Avropa
Qara dənizdə nə baş verir? - NATO hava kəşfiyyatına başladı
NATO Qara dəniz üzərində hava kəşfiyyatına başlayıb.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Nəşr Avropa Birliyi hava nəqliyyatının idarə olunmasındakı mənbəsinə istinad edib.
Qeyd edilib ki, NATO-ya məxsus "Bombardier Artemis II" kəşfiyyat təyyarəsi havaya qaldırılıb. Bu cür tədbirlər həftəsonları nadir hallarda baş verir. Çünki bu tip təyyarələr adətən iş günlərində kəşfiyyat uçuşları həyata keçirirlər.
"Bombardier Artemis II" təyyarəsi Rumıniyanın Konstansa şəhərindəki bazadan havaya qalxıb və sonra Rumıniya hava nəqliyyatı dispetçerləri tərəfindən idarə olunan sektorun sərhədindəki BINBI nəzarət məntəqəsindən keçərək neytral sular üzərindən trayektoriyaya daxil olub", - mənbə bildirib.
Onun sözlərinə görə, təyyarə təxminən 9,5 km yüksəklikdə uçur və sahil ölkələrindən heç birinin hava məkanına daxil olmur.
Müəllif: Tural
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir








.jpg)
















.jpg)













