Avropa
ABŞ-ın keçmiş Quru Qoşunları naziri Kiyevə gəldi
ABŞ-ın keçmiş Quru Qoşunları naziri Den Driskoll Kiyevə gəlib.
Publika.az xəbər verir ki, bu barədə Amerika telekanalı “CBS News” məlumat yayıb.
Bildirilib ki, Ukrayna paytaxtında keçmiş nazir istefadan sonra ilk dəfə olaraq ictimaiyyət qarşısında çıxış edib. Onunla birlikdə hazırda ABŞ müdafiə şirkətinə rəhbərlik edən “Google”un keçmiş baş direktoru Erik Şmidt də iştirak edib.
Çıxışı zamanı Driskoll “döyüş əməliyyatlarının aparılmasında dönüş nöqtəsi”nin başlandığını bəyan edib. Keçmiş nazirin sözlərinə görə, bu gün dünyanın ən iri orduları innovasiyaları lazımi sürətlə tətbiq etmirlər.
Sentyabrın 1-də “The Wall Street Journal” qəzeti xəbər vermişdi ki, Rusiya ilə danışıqlarda iştirak etmiş Driskoll Pentaqon rəhbəri Pit Heqsetlə uzunsürən münaqişə səbəbindən istefa verib. Onun istefası ABŞ Müdafiə Nazirliyindəki kadr böhranının sonuncu mərhələsi olub: daha əvvəl nazir sadiqsizlikdə şübhəli bildiyi bir sıra yüksəkrütbəli hərbçilərin və Pentaqon məmurlarının istefasına nail olmuşdu.
Hüseyn İbadlı
-
MDB16:24Zelenski Putinin böyük hücumuna hazırlaşır: Ukraynada təcili səfərbərlik
-
Rəsmi xronika15:46İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
-
Sosial13:10Təcili Yardıma yeni direktor təyin edildi - FOTO
-
Cənubi Qafqaz12:44Paşinyandan Azərbaycan və Türkiyə ilə bağlı mühüm açıqlama
-
Magazin111:56Vüsalə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": Bunu tapmısınız?
-
Region10:30Paşinyanın maaşı artır: Görün nə qədər alacaq
-
Dünya10:06Avropanın nəhəng ölkəsi müflis olacaq - Trampın sözünə baxmasa
-
Nida Xəbər 10:03Baş nazir qərar imzaladı




























.jpg)








.jpg)

