Banklar
Evindən 1 milyon manat oğurlandı - Azərbaycanda "yastıqaltı yığım"ın sirri
Azərbaycanda baş verən oğurluq hadisələri ilə bağlı tez-tez belə məlumata rast gəlirik: mənzildən külli miqdarda pul oğurlanıb. “Külli miqdar” nə qədər olsa yaxşıdır? Minimum yarım milyon manat. Maraqlıdır, insanlar bu qədər vəsaiti evdə niyə saxlayırlar? Axı pulun bankda saxlanılması və ya yatırım edilməsi daha təhlükəsizdir.
Məsələ ilə bağlı Publika.az-a danışan iqtisadçı Rəşad Həsənov deyir ki, bunun əsas səbəbi bank sektoruna etibarın olmamasıdır:

“Çünki Azərbaycanda əhali banklara etibar etmir. Bunun əsas səbəbi 2005-ci ildən bank sektorunda müşahidə olunan proseslərdir. Bir çox banklar bir-birinin ardınca bağlandı, əhalinin xeyli vəsaiti qaytarılmadı.
Üstəlik, b unun üzərinə məlumatsızlığı, informasiya qıtlığını da gəlmək lazımdır. İnsanlar nə vaxtsa bir məlumatı alır və həmin informasiya insan beynində yaddaşda qalır, təzələnmir. İnsanlarda araşdırmaya meyil yoxdur. Məsələn, əksər insanlar elə bilir ki, 30 min manatdan çox olan əmanətlər sığortalanmır”.
Ekspertin fikrincə, ölkədə qiymətli kağızlar bazarı da inkışaf etmədiyi üçün problem ciddi hal alır:
“Ona görə də bir qisim insan düşünür ki, əmanətləri xarici valyuta ilə banka qoysun. Amma banklar da xarici valyutaya faiz vermir. Belə olduğu təqdirdə, vətəndaşlar pulunu niyə banka qoysun? Ondansa, “yastıqaltı yığım”ı daha münasib hesab edirlər. Xüsusi ilə orta və yaşlı nəsil “yastıqaltı yığım”a daha çox önəm verir”.
İqtisadçı deyir ki, belə xüsusiyyət pensiya və məvaciblər verilərkən özünün qabarıq göstərir:
“Yaşlı nəsil, hesablarına köçürülən vəsaiti dərhal nağdlaşdırmağa çalışır. Təqaüdlər verilərkən bankomatların qarşısında toplaşan insan kütləsi bunu deməyə əsas verir. İnsanlar, sanki düşünürlər ki, pul kartda qalsa, kimsə onu çəkəcək. Ona görə də, “yastıqaltı yığım”ın geniş yayılmasına təəccüblənmək lazim deyil. Belə hal məlumatsızlıqdan qaynaqlanır. Dünyanın heç bir ölkəsində “yastıqaltı yığım” yoxdur. Vəsait əmanət formasında yerləşdirilsə, əldə olunan faiz onu qoruyur, bir növ sığortalayır, ən azından inflyasiyadan. Hətta inflyasiyanın üzərindən əlavə gəlir formalaşdırır. Heç bir halda uzunmüddətli yığım evdə saxlanılmamlıdır”.
Mehin
-
Nida Xəbər 15:15"Çox praqmatik, realist olmalıyıq!" - Elçin Əmirbəyov
-
Hadisə14:16Əsgərin həyatını xilas edən hərbçimiz həlak oldu - FOTO
-
Ekologiya13:20Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
-
ABŞ12:25Mask Avropa İttifaqını saxta təşkilat adlandırdı
-
MDB11:154 polisi və özünü qumbara ilə belə partlatdı - VİDEO
-
Art10:49Şükür ki, bu arzu gerçəyə çevrildi... - Elxan Cəfərov
-
Hadisə10:01DSX əməliyyat keçirdi - Əfqanıstan vətəndaşları saxlanılıb
-
İdman09:43“Qarabağ”ın yarımmüdafiəçisi oynadı?





































