Bilgi.az
“Vampirlər şəhəri” – Günəş şüaları onları əridir - FOTOLAR
Braziliyanın Araras kəndində yaşayan 800 nəfərdən 600-ü irsi dəri xəstəliyindən əziyyət çəkir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, piqment kseroderma xəstəliyinə düçar olan insanlar ultrabənövşəyi şüalara qarşı həssas olurlar. Həkimlərin sözlərinə görə, bu cür xəstələrin dərisi əridiyi üçün onlaraın günəş şüaları altında qalması məsləhət görülmür.
Ona görə də kəndə "ruhlar şəhəri" adı qoyulub. Çünki sakinlər günəşdən qorunmaq üçün gündüzlər evlərində gizlənirlər.
Kənddə 20 nəfərin vəziyyəti çox acınacaqlıdır. Onların xəstəliyi daha da kəskinləşərək dəri xərçəngi olan melanomaya çevrilib. Hətta xəstələrdən biri kserodermaya görə gözünü də itirib.
Əvvəllər kənd sakinləri xəstəliyin yoluxucu olduğunu düşünsələr də, həkimlər onun irsi olduğunu sübuta yetiriblər. İş ondadır ki, kənd sakinləri uzun illərdir bir-biri ilə evlənir və xəstəliyi yeni nəsillərə ötürürlər.
Xəstələrin sağalması üçün heç bir vasitə tapılmayıb. Onların sağ qalması üçün yeganə yol gün işığından qaçmaqdır.
Nura
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...