“Bu dünyada sevdiyim bircə qadın var”
Bizi izləyin

Bilgi.az

“Bu dünyada sevdiyim bircə qadın var”

Sirli məktub

Mariya Şumsk yazıçı Vladimir Şukşinlə tanışlığından danışır:

"Birinci dəfə Vasyanı hansısa bir ziyafətdə gördüm. Onda 14 yaşım vardı. Bundan sonra hər dəfə Vasya ilə ziyafətlərdə qarşılaşdıq. Başa düşə bilmirdim, ondan xoşum gəlir, ya yox. Yadımdadır, bir gün axşam evə qayıdanda kiminsə gəldiyini eşitdim. Fikirləşirəm ki, yəqin odur. Vasya gəlib çatdı, məni qucaqladı və düz evə qədər ötürdü. Bundan sonra biz birgə gəzdik, kitablardan danışdıq, rəqs etdik. Vasya duyğularını gizli saxlayan biri idi, ona görə də bizim münasibətimiz aləmə faş olmamışdı. Tez-tez Popov adasına gedirdik, orda Şukşinin gizli bir məktubu vardı. Vasya məktub ələ düşməsin deyə, onu torpağa basdırmışdı. Nə baş verdiyini də söyləməkdə aciz qalırdı".

Sevgi

"Vasya donanmada işləyəndə, mən Novosibirsk Universitetində pedaqoji fakültədə oxuyurdum. Mənimlə bərabər Şukşinin bacısı Natalya da təhsil alırdı. Bir gün qız mənə dedi: "Vasya donanma ilə Novosibirskə, bizə baş çəkməyə gələcək. Bizimlə gecələsə, buna etiraz edərsən?" Mən buna səsimi çıxara bilərdim? Biz Natalya ilə bir çarpayını bölüşdük, o biri isə Şukşinə verdik.

Gecə oyanıb su içmək üçün mətbəxə keçdim. Qayıdanda gördüm ki, Vasya da yatmır, çarpayıda uzanıb siqaret çəkir. Mən hiss etdirmədən onun yanından keçib Natalyaya yaxınlaşdım. Ancaq bu, Vasyaydı! Natalya mənimlə oynamaq niyyətində idi, ümumiyyətlə, o, belə xuliqanlıqları xoşlayırdı. Bizim aramızda yaranan sevgi qızı sevindirirdi. O, bizim birlikdə olmağımız üçün əlindən gələni edərdi… Biz Vasya Moskvada oxuyanda evləndik. Tətildə sadə bir toy keçirdik. Bundan sonra Vasya yenidən Moskvaya qayıtdı".

Ömür boyu dərs

"Onun tanınmış biri olacağını hiss edirdim. Çox mütaliəli adamdır. Hətta familiyası belə adamın əl-qolunu bağlayırdı. Sanki Cek Londonun əkiz qardaşı idi. Tez-tez məni sınağa çəkir, biliyimi yoxlayırdı. Yadımdadır, bir məktubda soruşurdu: "1850-ci ildə çəkilmiş "Doqquzuncu sədd" rəsminin müəllifi kimdir?" Mən bunu bilmirdim. Vaxt itirmədən üz tutdum kitabxanaya, yalnız Ayvazovskinin bütün yaradıcılığını öyrəndikdən sonra cavab verə bildim. Şukşin maraqlı, insansevər biri idi. Aktyorların kulisdəki həyatını öyrənmək üçün Moskvaya getmişdi. Bəli, öyrəndi, ancaq məni də atdı. Baxmayaraq ki, biz bir-birimizə hisslərimizlə bağlanmışdıq. Nə olsun? O, məni atdı.

Barışmaq istəyi. Ölüm

"Vasyanın coşqun sevgisi haqqında mənə onun dostu İvan Kaluqin bəhs etdi. Mən Şukşinə olan marağın səbəbini bilirdim. Bu, mənə ağır gəlirdi? Şübhəsiz, Şukşin mənim əzablarımdan xəbərdar olacaqdı. Ona görə də boşanmaya razılıq vermirdi. Axı hələ bizim nikahımız pozulmamışdı. Lidiya Nikolayevnayla evlənəndə isə Şukşin pasportunu itirdiyini söylədi. Qəribə idi. Onların toyundan sonra Vasyanın anası, bacısı ilə birlikdə Strostkovdan Maymaya yollandıq. Rejissor Rinit Andreyev mənə Şukşinin dediklərini çatdırdı: "Bu dünyada sevdiyim bircə qadın var. Mən onun yanında günahkaram. İstəyirəm, onlarla gedəm və qadınla barışım. Əgər bunu edə bilməsəm, o qadına deyərsən ki, mən bütün günahlarımı boynuma alıram". O bunu edə bilmədi, daha doğrusu, ömrü yetmədi. Aradan bir neçə ay keçdikdən sonra öldü. Ölümündən sonra Vasyanı iki dəfə yuxumda gördüm. Mən yalnız öz keçmişimi sevdim".

Oğuz Ayvaz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm