Bilgi.az
Yeni il hədiyyələrini bürcə uyğun seçin - FOTOLAR
Yeni ildə yaxınlarınıza nə hədiyyə alacağınıza qərar verə bilmirsiniz?
Elə isə diqqətiniz Publika.az-da olsun. Sizin üçün bürclərə uyğun hədiyyə çeşidlərini araşdırmışıq.
Görək, hansı bürcü nə cür hədiyyə xoşbəxt edir.
Qoç:
Güclü xarakterə malik olan Qoçlar cah-calal düşkünüdür. Müasir, sadə və klassik geyim və aksessuarları xoşlayırlar. Onlara bahalı və dəbli çanta hədiyyə edə bilərsiniz
Buğa:
Bu bürc altında dünyaya gələn qadınlar baxımlı olur. Xarici görkəm onlar üçün olduqca əhəmiyyətlidir. Onlara kürk və ya pencək ala bilərsiniz.
Əkizlər:
Əyləncəli və enerjili olurlar. Əkizlər akssesuarlardan istifadə etməyi xoşlayır. İpək yaylıq və ya dəbli şərf onlar üçün gözəl hədiyyə ola bilər.
Xərçəng:
Kövrək və küsəyən olan xərçənglər əzizlənməkdən zövq alır. Onu nə qədər sevdiyinizi göstərmək üçün daim boynunda gəzdirə biləcəyi boyunbağı hədiyyə edin.
Şir:
Belə qadınlar ağıllı və cazibədar olur, liderliyə can atırlar. Xarici görkəmə fikir verirlər, əyləncəyə meyllidirlər. Onların aktiv tərzinə uyğun hədiyyə seçməlisiniz. İdman ayaqqabısı uğurlu seçim hesab edilə bilər.
Qız:
Mükəmməlik axtarışında olan bu qadınları xoşbəxt etmək heç də çətin deyil. Ona çoxdan almaq istədiyi bir kosmetik vasitə və ya iri çanta ala bilərsiniz.
Tərəzi:
Alacağınız hədiyyə tərəzi qadınının zərif stilinə uyğun olmalıdır. Lüks markalardan birindən alacağınız stiletto onu valeh edə bilər.
Əqrəb:
Ehtiraslı, cəsarətli əqrəb qadını xoşbəxt etməyin ən yaxşı yolu ona sevdiyi ətri hədiyyə etməkdir.
Oxatan:
Hərəkətli olmağı sevirlər, əməksevərdirlər. Rahatlığı sevsələr də, özlərinə bər-bəzək verməyi xoşlayırlar. Onlara ən sevdikləri aksessuarı, yəni, sırğa hədiyyə edin.
Oğlaq:
Bu qadınlar işgüzar olur. Əməklərinin qarşılığını almaq, gəlirlərini artırmaq istəyirlər. Onlara rəngli pul kisəsi almağınız məsləhətdir.
Dolça:
Dostları ilə vaxt keçirməyi xoşlayan, əyləncəli mərasimləri qaçırmayan bu xanımlara qızıl və ya gümüş qolbaq hədiyyə edin.
Balıq:
Onlar romantik və xəyalpərəstdirlər. Tək qüsurları getdikləri hər yerə gecikmələridir. Onlara saat hədiyyə etsəniz, tez-tez xatırlanacaqsınız.
Ləman Sultan
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək