Bu xəstəlik dinozavrlardan miras qalıb
Bizi izləyin

Bilgi.az

Bu xəstəlik dinozavrlardan miras qalıb

Amerikalı alimlər malyariya xəstəliyinin dinozavrlar dövründən miras qaldığını açıqlayıblar.

Publika.az xəbər verir ki, alimlər bu xəstəliyin ilk dəfə 100 milyon il öncə ortaya çıxdığını müəyyənləşdiriblər. Mütəxəssislərin sözlərinə görə, xəstəliyin ilk qurbanları dinozavrlar və digər sürünənlər olub.

Hazırda alimlər dinozavrların yer üzündən silinməsində bu xəstəliyin rol oynayıb-oynamadığını araşdırır.

Malyariya xəstəliyi hər il təxminən 400 min insanın ölümünə səbəb olur. Bu günə kimi malyariyanın 8-15 milyon illik xəstəlik olduğu düşünülürdü.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm