Maraq dünyası
“Boeing” kosmosa ilk astronavtlarını göndərir
“Boeing” şirkəti gələn həftə ilk “Starliner” kosmik kapsulunu orbitə göndərəcək. Bu da ona İlon Maskın “SpaceX” kompaniyası ilə rəqabət aparmaq üçün mübarizədə qələbə qazandıra bilər.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” yazır. Bildirilir ki, “CST-100 Starliner” sınaq missiyası 1 milyard dollardan çox məsrəfdən sonra illərlə təxirə salınan bir mərhələdir. Şirkət kosmik gəminin kosmosa adi səfərlər üçün təsdiqlənməsindən əvvəl keçirilən son nümayişdə kommersiya ekipajı proqramı çərçivəsində iki NASA astronavtını Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərəcək.
NASA son illərdə öz astronavtlarını və digər müştərilərini “Artemida” proqramı çərçivəsində Aya və daha sonra Marsa daşıya biləcək yeni nəsil özəl kosmik gəmi layihəsini dəstəkləyib. “Starliner” isə agentliyin kommersiya məqsədli modelinin ən son məhsuludur.
Agentliyin rəsmisi Cim Fri buraxılışdan əvvəl keçirilən mətbuat konfransında deyib ki, yeni kosmik gəminin ilk ekipaj uçuşu tamamilə kritik bir mərhələdir. Onun sözlərinə görə, ekipaj üzvləri Sani Villiams və Batç Vilmorun həyatı risk altında ola bilər.
Adəm
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






































