Bilgi.az
Səlahəddin Eyyubi əslən azərbaycanlıdır? - Sensasion iddia
Uzun illərdən bəri Misirdə təhsil alan azərbaycanlı gənc
tədqiqatçı alim və Azərbaycanın MƏR-dəki diasporanın fəal üzvü
Seymur Nəsirov AzVision.az-a
açıqlamasında ermənilərin daha bir yalanını üzə çıxardığını
bildirib.
Seymur Nəsirov Şərq aləminin cəngavəri, öz igidliyi və ədaləti ilə
dünyanı heyrətləndirən, orta şərqi və şimalı Afrikanı işğaldan azad
edən, Tunisdən Yəmənə qədər böyük bir ərazinin hökmdarı olan
Səlahəddin Əyyubinin əslən azərbaycanlı olduğunu, onun mənsub
olduğu Əyyubilər nəslinin isə Azərbaycanın şimalında yerləşən Duvin
şəhərindən orta şərqə köçdükləri ilə bağlı məlumatları meydana
çıxarıb.
Şöhrəti, qəhrəmanlığı və igidliyi ilə dünyada ədalət simvoluna
çevrilmiş Səlahəddin Əyyubinin əslən azərbaycanlı olması həqiqətən
də qürurvericidir.
Tədqiqatçı dəfələrlə Misirin öndə gedən universitetlərində
konfranslarda bu mövzuda çıxışlar edib. Qahirə universitetinin
Ədəbiyyat fakültəsində "Azərbaycanı tanı" adlı simpoziumda, erməni
kimliyini gizlədərək özlərini suriyalı kürdlər kimi təqdim edən
iştirakçılarla elmi mübahisə aparıb, onları dəlil və sübutlarla
susdurub.
Lakin bütün bu faktlara baxmayaraq, ermənilər Azərbaycanın
uğurlarını və torpaqlarını hər zaman özlərinə mənsub etməkdən
çəkinmirlər.
"Son zamanlar Səlahəddin Əyyubi ilə bağlı araşdırma apararkən
Vikipediyada mövzu ilə bağlı geniş bir məqaləyə rast gəldim. Bu
məqalədə ermənilər yalan məlumatlar yayaraq, saxtakarlıq etməyə
çalışıblar. Belə ki, onlar Səlahəddinin Ermənistandan olduğunu qeyd
ediblər və bu qeydlərdə böyük ərəb tarixçisi İbn Əsirin "Əl-Kəmil"
və İbn Xallikanın "Vəfiyyətul Əyan" kitablarına istinad
ediblər.
Halbuki onların göstərdiyi bu mənbələrdə Səlahəddin Əyyubinin
azərbaycanlı olması qeyd olunub. Hətta İbn Xallikan, Səlahəddin
Əyyubi başda olmaqla Əyyubilərin Azərbaycanın şimalında yerləşən
Duvin şəhərindən olduğu haqda tarixçilərin yekdil rəy verdiklərini
qeyd edir. Bundan əlavə Səlahəddin Əyyubi ilə bağlı oxuduğum
əsərlərdə, Misiri işğaldan azad edilməsi zamanı ermənilərin ona
qarşı müharibə etdiyini, Səlahəddinin isə qələbə çalaraq onları
darmadağın etdiyi barədə xəbərlərə rast gəldim.
Bu zaman belə bir sual ortaya çıxır ki, əgər Səlahəddin
Ermənistandan idisə, nə üçün ermənilər Misirdə onun əleyhinə
çıxdılar və o da onları darmadağın edərək öldürdü? Bildiyimə görə
Vikipediya saytında yerləşdirilmiş hər hansı yalan məlumat çoxsaylı
şikayətlər əsasında silinə bilər. Ona görə də oxucularımızdan xahiş
edirik ki, fəal olsunlar"-deyə S.Nəsirov vurğulayıb.
Qeyd edək ki, Seymur Nəsirov 20 ildən çoxdur ki, Misirdə təhsil
alır və hal-hazırda Açıq Amerikan Universitetinin ərəb dili
bölməsində doktorantura təhsilini davam etdirir. O, bu illər
ərzində ərəb mənbələri əsasında Azərbaycan və azərbaycanlılarla
bağlı məlumatları araşdırıb, öz elmi tədqiqatlarını bu mövzuya həsr
edib.
Bunlardan bir neçəsini sadalamaq olar:
1) Qurani- Kərimdə Azərbaycan sözünün olması.
2) İlk dəfə olaraq Nizami Gəncəvinin Azərbaycanın Gəncə şəhərindən
olmasını sübut edən ərəb mənbələrini tapmış, ərəb və azərbaycan
dillərində elmi məqalələr dərc edib.
3) Qahirə kitabxanasında xeyli sayda azərbaycanlı alimin əlyazma
nüsxələrini aşkarlayıb. Bunlardan Nizami Gəncəvinin "Xəmsə"
əsərinin altı nüsxəsini misal göstərmək olar.
4) Dünyada öz sözünü demiş, orta şərqdə mühüm və yüksək vəzifələr
tutmuş yüzlərlə azərbaycanlı alim, dahi şəxsiyyət və qəhrəman
övladı üzə çıxarmaqda müvəffəq olub.
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev