Bilgi.az
Əcdadlarımız insan əti yeyib?
Yaşadığımız dönəm olduqça inkişaf etmiş, dinamik,
texnologiyalarla zəngindir. Nəqliyyat elə inkişaf edib ki,
istədiyimiz yerə çox qısa müddətdə çatırıq, ürəyimiz istəsə
qitələri bir neçə gün ərzində dolana bilirik. Qida üçün elə çox
cəhd eləmədən elə yaxınlıqdakı marketdən alırıq. Qışda isti, yayda
sərin evlərdə yaşayırıq, bir yerimiz ağrıyan kimi ən yaxın
xəstəxanaya gedirik, bu yolla ömrümüzü uzadırıq.
Bu sadaladığım nəsnələrin cənnəti insanlıq tarixinin cəmi 1 %-ni
təşkil edir.
Bəs elektrik, nəqliyyat və marketlər olmayanda əcdadlarımız necə
yaşayıblar. Güzaranları necə olub? Yerdə qalan 99% tarixə qısaca da
olsa baş vuraq. Publika.az ilk homolar (insanlar) haqqında maraqlı
məlumatları təqdim edir.
İlk homo cinsinə məxsus canlılar təxminən 2.8 milyon il əvvəl
Afrikada ortaya çıxıb. Homo, bizlərin, yəni müasir insanın və
bənzər növlərin cəminə (hominid) verilən addır.
Homoların kəllələri geniş olub. Qol və ayaqları dik dayanmağa uyğun
idi. İlk olaraq Afrikada Homo gautengensis adlı canlı qrupları
meydana gəlib. Sonra ümumiyyətlə ilk homo növü olaraq qəbul edilən
Homo habilis meydana gəlib, ardınca Homo erectus, Homo
neandertalensis, Homo floresiensis, Homo sapiens, Homo sapiens
idaltu və son olaraq biz, yəni Homo sapiens sapienslər meydana
gəlib.
Homo erectus
Homoların təxminən 1.8 milyon il əvvəl dik dayana bilən Homo
Erectus növü ortaya çıxıb. Bataqlıqda üz üstü tapılan "Turkana Boy"
adlı Homo erectusun skeleti günümüzə qədər çatdığı üçün onun
haqqında nəsə demək olar.
Araşdırmalara görə Homo erectuslar iri bədənli olublar, ovçuluqla
məşğul olub eyni zamanda leşlə qidalanaraq yaşaya biliblər. Homo
erectuslar təxminən 400.000 il əvvəl yox olublar.
Homo neandertal
Təxminən 350 min il əvvəl mövcud olublar. Bəzi arxeoloji tapıntılar
Neandertalların, Homo sapiens ilə birlikdə yaşadığını göstərir.
Neandertalların xarici görünüşü orta boylu, cüssəli, iri
beyinlidir. Onların iri qaş sümüyü və sarı saqqalla örtülü xırda
çənəsi olub. Bütün bu anatomik xüsusiyyətlərinə görə neandertalları
kretin (bədxasiyyət, ağıldankəm) hesab edirlər.
Demək olar ki, Afrika qitəsində yaşayanlardan başqa müasir
insanların 1-4%-i Neandertal geni daşıyır.
Homo floresiensis
Məşhur adı ''hobbit'' dir. Çünki, təxminən boyları 1 metr
uzunluğunda, çəkiləri isə 25 kq. olub. Bu növün nümayəndələri
100-cü minilliklə 12-ci minillik arasında İndoneziyada yaşayıblar.
onlar hannibalizmlə məşğul olduqları üçün xəstəliklərin yayılması
ucbatından nəsillərinin tükəndiyi ehtimal olunur. Bu növə aid ilk
tapıntılar İndoneziyanın Flores adasında 30 yaşlı növə aid
skeletdir.
Bu insanların kretenizm xəstəliyinə tutulan homo sapiensin alt növü
olduğu ehtimal edilsə də, homo erectusun kiçilmiş bir versiyası
olduğu da deyilir.
Homo sapiens
Homo sapiens latın dilində ''ağıllı, müdrik'' mənasını verir.
Genetik olaraq homogen bir quruluşa malikdir.
Homo sapiens sapiens (''düşündüyünün üstünə düşünə bilən insan''
deməkdir) , yəni müasir insan. Homo sapiensin nəsli tükənməyən
yeganə növüdür. Təxminən 50.000 il əvvəl meydana gəlib. İlk olaraq
Rene Dekart bu mülahizəni söyləyib.
Onlar odu kəşf edib, yandırmağ, qidanı bişirəndən sonra yeməyi,
qidanı çeynəməyi öyrəniblər. Güzaranları yaxşılaşdığından gün
ərzində daha çox bekar qaldılar və digər insanlarla ələqələri
genişlətdilər. Beləliklə ünsiyyət vasitəsi kimi dilləri meydana
gəldi. Beyin ölçüləri böyüdü və tədricən xələfləri olan bizi
xatırlatdılar. Od insanları bir yerə toplayan, ünsiyyəti
gücləndirən soyuqdan və yırtıcı heyvanlardan qoruyan ünsürə
çevrildi.
Zamanla silahlar, ev alətləri düzəltdilər və geyimlər tikdilər.
Sadə dillərdə danışmağa başladılar. Beləcə inanclar meydana gəldi.
Bu şəkildə yaşayış təxminən 40.000 il davam etdi.
Sonra bizim insan tipimiz meydana gəldi və durmadan tərəqqiyə üz
qoydu. Əcdadlarımızn ağlına da gəlməzdi ki, onlardan törəyənlər
böyük mədəniyyətlər, sivilizasiyalar yaradacaq, ağlasığmaz texniki
naliyyətlərin müəllifi olacaq. Həyat tərzini min illiklər ərzində
asanlaşdıran indiki insan enerjisini qəribə də olsa dili inkişaf
etdirərək qeybətə, indiki dönəmdə isə "Feysbuk" cəngavərliyinə həsr
edir. Gələcək necə olacaq? Bu suala indiki texnikaya Nuh əyyamından
qalan vasitə kimi dəyərləndirən xələflərimiz cavab verəcək.
Dilrubə Vaqifzadə
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi