Avto
Bu avtomobilləri alanlar həyatlarını təhlükəyə atır! - Ekspertdən XƏBƏRDARLIQ
Sükanı sağdan sola keçirilmiş avtomobilləri alan şəxslər problemlərlə üzləşirlər.
Publika.az bildirir ki, qiyməti aşağı olduğundan belə avtomobillərə maraq göstərənlər çoxdur. Lakin alanların çoxu sonradan problemlərlə üzləşirlər.
Avtomobil ustaları deyirlər ki, sükanı sağdan sola keçirilmiş avtomobillərdə tez-tez qüsurlar yaranır.
Belə avtomobillər xüsən Yaponiya istehsalı olur. Ölkəmizə belə maşınların gətirilməsi qadağan olduğundan elə oradaca sükanı sağdan sola keçirilir. Bu da sonradan bir sıra problemlər yaradır. Avtomobil nəqliyyatı üzrə ekspert Eldəniz Cəfərov deyir ki, sükan sisteminin dəyişdirilməsi zamanı bəzi avtomobillərdə standartlara uyğun olmayan ehtiyat hissələrindən istifadə edilir. Bu isə ciddi təhlükələr yaradır.
Ekspert bildirib ki, həmin avtomobillərdə dönmə bucağı, qısaqapanma, təhlükəsizlik yastıqlarının açılmaması, sensorların və digər elektron sistemlərin düzgün işləməməsi kimi müxtəlif problemlər yarana bilir. Bu da ya qəzanı, ya da qəza zamanı daha ağır fəsadları qaçılmaz edir.
Eldəniz Cəfərovun sözlərinə görə, bu cür avtomobillərin bazar dəyəri nisbətən aşağı olur. Ən yaxşı seçim orijinal sükanlı və düzgün texniki baxışdan keçmiş avtomobil almaqdır.
Xatırladaq ki, Azərbaycanda sükanı sağda olan avtomobillərin idarə edilməsi 1998-ci ildən qadağandır.
Mövzu ilə bağlı daha ətraflı videomaterial:
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır
-
MDB13:55İki yaşlı qız ailəni ölümdən xilas etdi - FOTO
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?


































.jpg)




