Maraq dünyası
250 dollara satılan yumurta: Onu başqalarından fərqləndirən nədir?
Britaniya xeyriyyə təşkilatına bağışlanan supermarket yumurtası qeyri-adi xüsusiyyətinə görə hərracda 250 dollara satılıb.
Publika.az UPI-yə istinadən xəbər verir ki, yumurtanın bu qiymətə satılmasına səbəb onun mükəmməl sferik forması olub.
Yumurta əvvəlcə Şotlandiyada bir ərzaq mağazasında alınmış onlarla yumurtanın arasından tapılıb və Berkşir sakini Ed Paunell tərəfindən "Thomson Roddick Callan" hərrac evi vasitəsilə 187 dollara alınıb. Paunell onu gənclərə dəstək olan "Iuventas Fondu"na bağışlayıb.
Xeyriyyə qrupu yumurtanı fandreyzinq auksionu çərçivəsində satıb. Fondun sözçüsü Roz Rapp bildirib ki, onlarla başqa əşyalar üzrə təkliflərin daxil olduğu hərracda xeyriyyə məqsədi ilə ümumilikdə təxminən 6250 dollar toplanıb.
Adəm
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma
-
Dünya01:41Kim Çen Inın lüks yaxtası - Peyk görüntüləri araşdırıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük məbləğdə pul daxilolması gözlənilir



































