Dünya sürətlə istiləşir - TƏHLÜKƏ
Bizi izləyin

Bilgi.az

Dünya sürətlə istiləşir - TƏHLÜKƏ

Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) bildirir ki, bu ilin ilk yarısında tarixdə ən isti günlər qeydə alınıb. Bu isə qlobal istiləşmənin gözlənildiyindən daha sürətli bir şəkildə baş verdiyinin göstəricisdidir. BMT-nin baş qərargahı Cenevrədə yerləşən bu qurumu 2016-ci ilin tarixin ən isti ili olaraq keçəcəyi barədə xəbərdarlıq edib. Təşkilat ötən il Parisdə əldə olunmuş iqlim razılığına imza atmış tərəfləri razılığı mümkün qədər tez həyata keçirməyə başlamağa çağırıb.

Ümumdünya Meteorologiya Təşkilatı bildirib ki, iyun ayı quru və okeanlar üçün qeydə alınan ən isti aylardan ardıcıl olaraq 14-cü ay olub. Bundan əlavə bu ay ardıcıl olaraq 20-ci əsrdən başlayaraq yüksək temperaturların qeydə alındığı 378-ci aydır.

Ümumdünya Meteorologiya Təşkilatının İqlim Araşdırma proqramının nümayəndəsi Deyvid Karlson deyir ki, "2016-ci ilin ilk altı ayında müşahidə edilənlər olduqca narahatedicidir."

BMT-nin iqlim üzrə ekspertlərinin dediyinə görə, builki temperaturlar onu göstərir ki, planet çox qısa müddət ərzində gözlənildiyindən daha sürətli bir şəkildə istilənə bilər. ABŞ-ın Alaska ştatı, Kanada və Rusiyanın yerləşdiyi şimal yarımkürəsində qeyri-adi isti temperatur qeydə alınıb.

"Biz bundan, yəni gələcəkdə baş verəcəklərdən narahatıq. Əgər bu il bu qədər gözlənilməyən şey baş verrisə, görəsən gələcəkdə bizi nələr gözləyir?" deyə Kalrson narahatdır.

Alimlər deyir ki, qlobal istiləşməyə səbəb olan karbon dioksid emissiyaları da yüksək səviyyədədir.

Istixana qazları

Istixana qazları

"ÜMT alimləri göstərir ki, temperatur karbon dioksidlə birgə artır. Qlobal istləşməyə səbəb olan bu qazlardakı artımın temperaturun artmasına, Arktika və Qrenlandiyadakı buz təbəqələrinin əriməsinə səbəb olduğu açıq-aydındır. Ona görə də, vaxt itirmədən bunun qarşısı alınmalıdır," deyə Doq Parr bildirir.

200-dən çox ölkənin nümayəndəsi Paris razılığının tətbiqinə start vermək üçün noyabr ayında Mərakeşdə bir araya gələcək. Paris razılığına əsasən, qlobal istiləşmə dərəcəsi sənaye dövründən öncəki səviyyədən iki dərəcə aşağı temperatura salınmalıdır. Bu isə asan məsələ deyil.

"Biz noyabrda keçiriləcək görüşdə bütün dünyada istixana qazlarının azı 55 faizinə görə məsuliyyət daşıyan ölkələrin (dekabrda əldə olunmuş), apreldə imzalanmış Paris razılığını ratifikasiya etməsini təmin etməliyik," deyə Fransanın ekologiya, davamlı inkişaf və energetika naziri Seqolen Royal bildirir.

Noyabr ayında bu məqsəd əldə olunsa da, bəzi alimlər qlobal istiləşmənin qarşısını almaq üçün artıq gec olduğunu düşünür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm